Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

İkinci dəfə evlənmək istəyən kişini birinci həyat yoldaşının qohumları DÖYDÜ

Tarix: 03-08-2017 09:30     Baxış: 5303 A- / A+
İkinci dəfə evlənmək istəyən kişini birinci həyat yoldaşının qohumları

Bakıda 2-ci dəfə evlənən kişi birinci həyat yoldaşının qohumları tərəfindən döyülüb.

Manevr.az report-a istinadən xəbər verir ki, kütləvi dava Sabunçu rayonunda baş verib.

Ramana qəsəbəsi, 2-ci sahə adlanan ərazidə qohumlar arasında kütləvi dava düşüb. Hüquq-mühafizə orqanı əməkdaşlarının verdiyi məlumata görə, dava 32 yaşlı Quliyev Ruslan Faiq oğlunun ikinci dəfə evlənməsi səbəbindən baş verib. R.Quliyevin birinci həyat yoldaşı 31 yaşlı Qənbərova Aygün ərinin bu əməlindən xəbər tutduqda qohumları ilə birgə R.Quliyevin yaşadığı qaynanasının evinə gəlib və hər iki tərəf arasında dava düşüb. R.Quliyev döyülərək ağır xəsarət alıb.

Bundan başqa, A.Qənbərova da qaynanası tərəfindən döyülüb. Hər iki şəxs müxtəlif bədən xəsarətləri alaraq 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, R.Quliyev birinci həyat yoldaşından ayrı yaşayıb. O, ikinci dəfə tanış olduğu xanımla nişanlanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar