Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qubada reyd – 50-dən çox sürücü cərimələndi

Tarix: 02-08-2017 21:10     Baxış: 5393 A- / A+
Qubada reyd

Quba rayonunda reyd keçirilib.
Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin keçirdiyi reyd zamanı saxla əmrinə tabə olmayan sürücülər isə sonradan saxlanılaraq cərimə meydançasına aparılıb. Həyata keçirilən tədbirlər zamanı avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən, nəqliyyat vasitələrinin ön, arxa, habelə yan şüşələrində görməni məhdudlaşdıran vasitələr quraşdıran, sürücülük hüququ olmadan, alkoqollu içki qəbul etmiş vəziyyətdə avtomobil idarə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

İstirahət mövsümü ilə əlaqədar əhalinin bir hissəsi şəxsi nəqliyyat vasitələrindən istifadə edərək istirahət zonalarına yollanırlar. Yol polisi sürücülərə yola çıxarkən daha diqqətli olmağı tövsiyə edib. Qubaya gələn sürücülərə sürücülərin təhlükəsizlik qaydalarına ciddi nəzarət etmələrinin vacibliyi tövsiyə olunub.

Quba Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin təbliğat üzrə eksperti Azad Əsədov bildirib ki, vətəndaşlar yola çıxarkən avtomobillərinin texniki sazlığını yoxlamalı və yol hərəkəti qaydalarına riayət etməlidirlər. Reyd zamanı 50-dən çox sürücü cərimələnib.azərbaycan24

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar