Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Jurnalist təşkilatı Daşkəsəndə İslam həmrəyliyini təbliğ edib

Tarix: 02-08-2017 16:14     Baxış: 3361 A- / A+
Jurnalist təşkilatı Daşkəsəndə İslam həmrəyliyini təbliğ edib


“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Daşkəsən rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhərində “İslam həmrəyliyinin təbliğində media və dini icmaların birgə əməkdaşlığına dəstək” mövzusunda tədbir keçirib.

Tədbirdə yerli icra hakimiyyətinin əməkdaşları, ziyalılar, jurnalistlər, gənclər, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Daşkəsən rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elmar Əliyev bu ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsindən və bu münasibətlə görülən işlərdən söhbət açıb. E. Əliyev həmçinin rayonun dini durumu barədə məlumat verərək bildirib ki, həm ötən illərdə, həm də cari ildə ekstremist meyllər rayonda müşahidə olunmayıb və aparılan müxtəlif səviyyəli, eyni zamanda məqsədyönlü maarifləndirmə və digər tədbirlər öz bəhrəsini verməkdədir.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə Azərbaycanda sağlam mənəvi mühitin hökm sürdüyünü bildirib. S.Verdizadə deyib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində qarşıdurma baş verməyib. Natiq bunu Azərbaycan xalqının tolerant olması ilə izah edib.

"Türkiyə Universiteti Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov çıxışında qeyri-ənənəvi məzhəb və təriqətlərin ölkəmizdə yayılmasının qarşısını almaq məqsədilə son illər dövlət səviyyəsində görülən işlərdən, gənc nəslin təlim-tərbiyəsində inanc məsələlərinə xüsusi diqqət ayrılmasının vacibliyindən danışıb.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Samir Həsənov isə çıxışında idarənin rayon gəncləri arasında dini maarifləndirmə sahəsindəki tədbirlərinin xronikasını xatırladaraq, gələcək planlar barədə də məruzə edib.

Daha sonra çıxış edən Daşkəsən şəhər “Cümə” məscidinin axundu Fariz Hüseynov, Daşkəsən şəhər “Cümə” məscidi dini icmasının sədr müavini Elman Məmmədov və icmanın sədri Hacı Ənvər Əliyev və başqaları gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyətinə toxunublar.

Jurnalist təşkilatı Daşkəsəndə İslam həmrəyliyini təbliğ edib

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar