Sizin Reklam Burada
Xəbər lenti
14-06-2026
BÜTÜN XƏBƏRLƏR

Bu malları alarkən diqqətli olun - XƏBƏRDARLIQ

Tarix: 02-08-2017 15:19     Baxış: 5347 A- / A+
Bu malları alarkən diqqətli olun

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar (məişət cihaz və avadanlıqları, rabitə vasitələri, maşın, alət və s.) alarkən istehlakçılara diqqətli olmağı tövsiyə edir.

Nazirlikdən verilən məlumata görə, istehlakçı bu növ malları alarkən satıcıdan müqavilə, ödənişi təsdiq edən nəzarət-kassa aparatının çeki və malın zəmanət talonunu tələb etməlidir.

"Eyni zamanda, alınan malların komplektliyinə, keyfiyyətinə, mal və istehsalçı haqqında məlumatın, mal haqqında qısa annotasiyanın mövcudluğuna diqqət edilməlidir. Nəzərə almaq lazımdır ki, istehlakçının aldığı bu cür mallarda yaranan qüsurların aradan qaldırılması ilə bağlı tələbə ödənişi təsdiq edən nəzarət-kassa aparatının çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən sənəd təqdim edildikdə baxılır", - deyə məlumatda bildirilir.

İstehlakçılardan uzunmüddətli istifadə üçün nəzərdə tutulan mallar aldıqda qeyd olunan tələblərə əməl olunmaması halları ilə rastlaşdıqda "195-2" Çağrı Mərkəzi, www.economy.gov.az internet saytı və "facebook" səhifəsi vasitəsi ilə İqtisadiyyat Nazirliyinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla və www.consumer.gov.az internet saytı vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri tövsiyə olunur.milli.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar