Sizin Reklam Burada
Xəbər lenti
14-10-2026
13-10-2026
BÜTÜN XƏBƏRLƏR

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

Tarix: 14-10-2026 19:10     Baxış: 347 A- / A+


Azərbaycanda keçirilən "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimində Aviasiya vasitələrinin tətbiqi üzrə fəaliyyətlər məşq etdirilib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, plana uyğun olaraq əvvəlcə hərbi qulluqçulara brifinq təqdim edilib, qarşıya qoyulan vəzifələr, onların yerinə yetirilmə ardıcıllığı və uçuşların təşkili qaydaları dəqiqləşdirilib.
Sonra iştirakçılar arasında koordinasiyanın təmin edilməsi, eləcə də nəzərdə tutulan fəaliyyətlərin plan üzrə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Təlimin növbəti mərhələsində təyyarə və helikopterlərin uçuşları həyata keçirilib. Uçuşlar zamanı aviasiya vasitələrinin tətbiqi və müəyyən edilmiş əməliyyatların yerinə yetirilməsi üzrə fəaliyyətlər məşq etdirilib.
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin hərbi qulluqçularının, aviasiya və hava hücumundan müdafiə vasitələrinin qatıldığı təlimin əsas məqsədi şəxsi heyətin peşəkar hazırlığının artırılması, qarşılıqlı təcrübə mübadiləsini genişləndirilməsi və birgə fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.
Qeyd edək ki, "Şahinlərin Görüşü-2026" müştərək taktiki-uçuş təlimi oktyabrın 20-dək davam edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar