Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu qəzalı körpü bərpa ediləcək

Tarix: 13-10-2026 21:21     Baxış: 382 A- / A+


Zaqatala rayonunda yay aylarında yağan leysan yağışlardan sonra qəzalı vəziyyətə düşən körpü bərpa ediləcək.
Manevr.az xəbər verir ki, rayonun Car, Axaxdərə, Taxtalar, Kikobar və Tarixlər kəndlərinin sakinləri gediş-gəliş zamanı bu körpüdən rahatlıqla istifadə ediblər. Lakin yayda Bəkməz çayına gələn selin körpünü zədələməsindən sonra sakinlərin körpüdən yararlanması çətinləşib.
Car kəndinin sakini Murad Qarayev bildirib ki, günün işıqlı vaxtında körpüdən istifadə etmək mümkün olur. Qaranlıq düşəndən sonra isə körpüdən keçmək məsləhət bilinmir. Çayın içindən isə yalnız iriqabaritli avtomobillər keçə bilir.
Car kəndinin digər sakini Hüseyn Berikov, Axaxdərə kəndinin sakini Məhəmməd Ömərov və başqaları körpünün tezliklə bərpa edilməsinin vacib olduğunu deyiblər.
Car kənd bələdiyyəsinin sədri Emin Arasov diqqətə çatdırıb ki, müvafiq qurumların nümayəndələri əraziyə baxış keçiriblər və qəzalı körpünün bərpa olunması planlaşdırılıb.
Zaqatala rayon Fövqəladə Hallar Komissiyasından da bildirilib ki, körpünün əsaslı bərpası, eləcə də həmin ərazidən keçən yolun asfaltlanması nəzərdə tutulur. Maliyyə ayrıldıqdan sonra işlər mərhələli şəkildə həyata keçiriləcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar