Sizin Reklam Burada
Xəbər lenti
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

Qaz limitləri artırılır? - Deputatdan təklif

Tarix: 12-10-2026 21:53     Baxış: 335 A- / A+



Qaz limitləri artırılır? - Deputatdan təklif

Azərbaycanda əhali üçün təbii qazın illik istehlakına görə üç tarif pilləsi tətbiq olunur. İllik 1200 kubmetrədək istehlakın hər kubmetri 12,5 qəpik, 1200–2500 kubmetr aralığındakı hissəsi 22 qəpik, 2500 kubmetrdən artıq işlədilən hissə isə 30 qəpiklə hesablanır. Bundan əlavə, 2026-cı il yanvarın 1-dən əhali abonentləri üçün aylıq 1 manat sabit tarif də tətbiq edilir.

Xüsusilə qış aylarında dağlıq və soyuq iqlimli rayonlarda yaşayan əhalinin istilik ehtiyacları ilə əlaqədar qaz istehlakının artması kommunal xərcləri də yüksəldə bilir. Belə ərazilərdə qaz limitlərinə yenidən baxılması, daha çox istehlak edən abonentlər üçün güzəştli tariflərin tətbiqi məsələsi yenidən gündəmə gəlib.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, qaz istehlakına diferensial yanaşma tətbiq edilməli, qazdan daha çox istifadə olunan rayonlarda daha aşağı tariflər nəzərdən keçirilməlidir deyib.

“Bütövlükdə, qaz limitlərinə diferensial yanaşma, qaz istehlakının çox olduğu rayonlarımızda daha ucuz tariflərin tətbiq olunmasını təklif edirik. Çünki bəzi dağlıq bölgələrimiz havalar uzun müddət çox sərt keçir. Həmin ərazilərdə təbii qazdan daha çox istifadə olunur. Buna görə də qış mövsümündə həmin ərazilərdə yaşayan insanların istehlakının və xərclərinin artdığını müşahidə edirik. Bu baxımdan, xüsusilə daha çox mavi qaz istifadə edən və ya hava şəraiti daha sərt olan rayonlarımız üçün güzəştlərin tətbiqi məqsədəuyğundur. Praktiki olaraq, bu, həmin bölgələrdə insanların xərclərinin azalmasına, eyni zamanda, təbii qazdan daha çox istifadəsinə gətirib çıxara bilər”.

Deputat digər kommunal xidmətlər üzrə də gecə və gündüz tariflərinin tətbiqini məqsədəuyğun hesab edir. O bildirib ki, bu təcrübədən inkişaf etmiş ölkələrdə istifadə olunur:

“Təbii qazdan başqa, digər kommunal xidmətlərlə bağlı da gecə və gündüz tariflərinin tətbiqi məqsədəuyğun ola bilər. Xüsusilə bu praktikadan inkişaf etmiş ölkələrdə istifadə olunur. Nəticədə sutkanın müəyyən hissəsində vətəndaşlarımız kommunal xidmətlərdən daha aşağı tariflərlə və daha ucuz qiymətə istifadə edə bilərlər”. bakupost.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar