Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Lənkəranda 6 günlük Mələyin öldürülməsi ilə bağlı YENİ XƏBƏR

Tarix: 02-08-2017 12:28     Baxış: 5280 A- / A+
Lənkəranda 6 günlük Mələyin öldürülməsi ilə bağlı

Lənkəranda 6 günlük körpənin quyuya atılaraq öldürülməsi ilə bağlı ekspertizanın rəyi avqustun 20-dək məlum olacaq.
Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsindən bildirilib ki, iyulun 29-da Darquba kəndində altı günlük Nurullayeva Mələk Şaiq qızının meyitinin evin həyətindəki quyudan tapılmasından sonra müvafiq ekspertizalar təyin edilib və körpənin bədəninin müxtəlif orqanlarından nümunələr götürülüb. Meyitin vizual müayinəsi zamanı bədənin bəzi nahiyələrində xırda qızartılar aşkarlanıb. Daha sonra isə körpənin döş qəfəsi boşluğunda 2 məişət iynəsi aşkarlanıb.

Şöbədən bildirilib ki, körpənin konkret hansı səbəbdən öldüyünü demək hələlik mümkün deyil. Ekspertiza rəyi açıqlanandan sonra Mələyin onun bədəninə batırılan iynənin təsiri ilə, yaxud daha əvvəl və ya quyuya atılandan sonra vəfat etməsi tam qətiləşəcək.

Həmçinin qeyd edilib ki, körpənin cəsədi iyulun 30-da ailəsinə təhvil verilib və o dəfn edilib.

Ölüm faktı ilə bağlı başlanmış cinayət işi ilə əlaqədar olaraq artıq körpənin ata-anası prokurorluğa dəvət edilib və onların ifadələri alınıb. Hələlik faktla bağlı saxlanılan yoxdur.

Qeyd edək ki, ilkin məlumatda körpənin anası övladının səhər saatlarında oğurlandığını bildirib. Yuxudan oyanan qadın körpəni görmədiyindən yaxınlarını xəbərdar edib, ailə üzvləri bu barədə polisə məlumat veriblər. Hadisə zamanı evdə qaynana və körpənin atası da olub. Daha sonra körpənin cəsədi həyətdəki quyuda aşkar edilib.

M.Nurullayeva ailənin ikinci qız övladı olub.lent.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar