Sizin Reklam Burada
Xəbər lenti
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

Boks federasiyasının rəhbərliyi dəyişdi

Tarix: 12-10-2026 20:52     Baxış: 332 A- / A+

Boks federasiyasının rəhbərliyi dəyişdi

Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb.
AAYDA-dan verilən xəbərə görə, federasiyanın prezidenti vəzifəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Vüsal Nəsirli, vitse-prezident vəzifələrinə isə Agentliyin İdarə Heyəti sədrinin müavini Tural Mailov və Azərbaycan Respublikasının Əməkdar məşqçisi, tanınmış boks mütəxəssisi İlkin Ağayev seçiliblər.
Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına yeni təkan vermək və ölkəmizin beynəlxalq arenada mövqeyini gücləndirməkdir.
Bu məqsədlə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
Əsas prioritetlər sırasında dünyanın nüfuzlu boks təşkilatları və promouterləri ilə əməkdaşlığın genişləndirilməsi, perspektivli idmançıların dəstəklənməsi və onların beynəlxalq yarışlarda iştirak imkanlarının artırılması xüsusi yer tutur.
Bununla yanaşı, Azərbaycanda dünya səviyyəli peşəkar boks turnirlərinin təşkili, tanınmış idmançıların iştirakı ilə irimiqyaslı tədbirlərin keçirilməsi və ölkəmizin beynəlxalq boks mərkəzlərindən birinə çevrilməsi hədəflənir.
Federasiya gənc istedadların üzə çıxarılması, onların peşəkar karyeraya hazırlanması, həmçinin özəl sektor və sponsorlarla əməkdaşlığın qurulması istiqamətində də yeni layihələr həyata keçirməyi planlaşdırır.
Yeni rəhbərlik federasiyanın fəaliyyətini dayanıqlı əsaslar üzərində qurmaqla Azərbaycan peşəkar boksunun inkişafında yeni mərhələnin başlanmasını və ölkəmizin dünya boks arenasında daha fəal təmsil olunmasını qarşıya əsas hədəf qoyur.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar