Sizin Reklam Burada
Xəbər lenti
12-10-2026
11-10-2026
BÜTÜN XƏBƏRLƏR

Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO

Tarix: 12-10-2026 16:16     Baxış: 336 A- / A+
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
Oktyabrın 12-də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Ali Məhkəmədən bildirilib.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 10 oktyabr tarixli Sərəncamı ilə müxtəlif birinci instansiya məhkəmələrinə təyinat alan 39 hakimin andiçmə mərasimi olub.
Ali Məhkəmənin sədri İnam Kərimov yeni təyin olunmuş hakimləri təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Bildirilib ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları məhkəmə sisteminin müasirləşdirilməsinə, ədalət mühakiməsinin əlçatanlığının artırılmasına və hakim korpusunun peşəkar kadrlarla komplektləşdirilməsinə mühüm töhfələr verib.
Diqqətə çatdırılıb ki, hakimlik böyük məsuliyyət və yüksək mənəvi keyfiyyətlər tələb edən şərəfli peşədir. Hər bir məhkəmə qərarının arxasında insan hüquqlarının və talelərinin dayandığını bildirən sədr hakimlərə fəaliyyətlərində qanunun aliliyini, müstəqillik, qərəzsizlik və ədalət prinsiplərini rəhbər tutmağı, hakim adının şərəfini və nüfuzunu qorumağı tövsiyə edib.
Sonra hakimlər növbə ilə andiçmə üçün kürsüyə dəvət olunub. Onlar “Məhkəmələr və hakimlər haqqında” Qanunun tələbinə əsasən and içiblər.
Hakim vəzifələrinə yeni təyin olunmuş şəxslərə hakimin xüsusi geyim forması təqdim olunub.
Daha sonra yeni təyin olunmuş hakimlər Nuranə Məmmədova və Səbuhi Abbasov çıxış edərək, onlara göstərilən yüksək etimadı doğruldacaqlarına və ədalət mühakiməsinin prinsiplərinə dönmədən əməl edəcəklərinə söz veriblər.

Manevr.az
Medial
Medial
Medial
Medial
Medial


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar