Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Həbsdə olan 2 vəkil azadlığa buraxıldı

Tarix: 30-09-2026 21:23     Baxış: 3101 A- / A+
Həbsdə olan Tovuz Vəkil Bürosunun sədri Rəşad Abdullayev və vəkili Süleyman Əliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

Vəkil Sadir Ağakişiyev sözlərinə görə, Gəncə Apellyasiya Məhkəməsində hakim Sevindik Əzizovun sədrliyi ilə keçirilən prosesdə hökmdən verilən şikayətlər təmin olunub və yekun qərar qəbul edilib.

Qərara əsasən, onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin 312-1.1-ci maddəsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunub. CM-nin 297-ci və 320.1-ci maddələri üzrə cəza təyin olunmayıb.

R.Abdullayevə 3 il, S.Əliyevə isə 2 il 6 ay, azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Hər iki şəxs məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Qeyd edək ki, onlara qarşı CM-nin 312-1-ci (Vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri), 297-ci (Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə) və 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunmuşdu.

Gəncə Şəhər Məhkəməsinin hökmü ilə R.Abdullayev 3 il 7 ay, S.Əliyev isə 3 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar