Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Hamilə olduğunu uşaq doğulanda bildi – İNANILMAZ HADİSƏ

Tarix: 01-08-2017 17:48     Baxış: 5254 A- / A+
Hamilə olduğunu uşaq doğulanda bildi

Təxminən hər 2500 hamiləlikdən birində qadın hamilə olduğundan xəbərsiz olur. Hətta qadın hamilə olduğunu son anda, yəni doğuş zamanı bilir.
Bəlkə də inanmayacaqsınız, amma tibdə buna “hamiləlik inkarı” deyilir. Türkiyəli həkim Gökben Hızlı Sayar qadınların yaşadığı bu heyrətamiz halla bağlı geniş məlumat verib. Ailem.az həkimin fikirlərini diqqətinizə çatdırır: “Hamiləlik inkarı və ya “fərqinə varılmayan hamiləlik” qadının və ətrafının irəliləyən hamiləlikdən xəbərinin olmamasıdır. Adətən qadınlar bundan 20 həftədən sonra qarın ağrısı, menstruasiya olmamaq şikayəti ilə həkimə getdikdə xəbər tuturlar. Hətta elə qadın var ki, hamiləliyini heç gözləmədiyi zaman erkən doğuş baş verdikdə bilir. Belə qadınların hamilə olduğunu fiziki quruluşlarından da təxmin etmək olmur. Bu, təxminən 2500 hamiləlikdən birində rastlanır və yaşından, işindən, sosial vəziyyətindən, təhsilindən asılı olmayaraq istənilən qadın bu halla qarşılaşa bilər”.

G.Sayar bu vəziyyətin heç bir psixi halla bağlı olmadığını bildirir: “Bu, hansısa psixiatrik xəstəliklə bağlı deyil. Psixoz, zəka geriliyi kimi zehni fəaliyyəti pozan bir vəziyyətə aid deyil. Fərqində olmadıqları hamiləlikdən əlavə bu qadınlar gündəlik həyatlarını normal vəziyyətdə davam etdirirlər. Qadın kilo almır, bəzən menstruasiya da ola bilir. Uşağın bətndəki hərəkətlərini hiss etdikdə isə qadın bunun başqa səbəbi olduğunu düşünür. Bəzən qadın mədəsi qıcqırdığına görə müayinə olunduqda həkim də bunun hamiləlik ola biləcəyini ağlına gətirmir və bu halı gözdən qaçırır”.

Həkim deyir ki, “gizlənən hamiləlik” həm ana, həm də uşaq üçün riskdir. Hamiləlikdə lazım olan tibbi yoxlamaların olmaması, hamilə olduğunu bilməyən qadının pis qidalanması, spirtli içki, siqaret istifadə etməsi, doğuşun hazırlıqsız formada başlayıb uyğun olmayan şərtlərdə həyata keçməsi onların hər ikisi üçün böyük risk daşıyır: “Bütün bu təhlükəli tibbi vəziyyətlərlə bərabər, ananın və ətrafındakıların da verdiyi reaksiya təhlükəli ola bilər. Belə qadınlara tibbi və psixoloji yardım göstərilməlidir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar