Sizin Reklam Burada
Xəbər lenti
30-09-2026
29-09-2026
BÜTÜN XƏBƏRLƏR

Əmək pensiyası ilə bağlı bu qayda dəyişdi

Tarix: 30-09-2026 16:39     Baxış: 336 A- / A+
Əmək pensiyası ilə bağlı bu qayda dəyişdiMəcburi dövlət sosial sığorta haqqından fərdi şəxsi hesabın sığorta hissəsinə yönəldilən vəsaitin həcmi dəyişir, sosial sığorta ehtiyatının artımına şərait yaradılır.
Manevr.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda fərdi şəxsi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Layihəyə əsasən, bunun üçün məcburi dövlət sosial sığorta haqlarının 90 faizi deyil, 85 faizi yönəldiləcək. Başqa sözlə, fərdi şəxsi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 85 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesab olacaq.
Beləliklə, islahatın məqsədlərindən biri həssas qrupların sosial təminatı sisteminin gücləndirilməsi, dayanıqlılığının artırılması üçün sosial sığorta ehtiyat”nda artımlara şərait yaradılmasıdır. Sosial sığorta ehtiyatının əsas hədəfi pensiyaların hər il indeksləşdirilərək artırılması, o cümlədən minimum pensiyanın, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə, hamiləlik və doğuma, uşağın anadan olmasına, uşağa görə və dəfn üçün müavinətlərin artırılmasıdır. Sığorta ehtiyatında sosial sığorta haqları hesabına toplanan vəsaitlər, nəticə etibari ilə yenidən əhalinin sosial müdafiəsinin effektiv təşkilinə yönəldilir.
Qeyd edək ki, son 7 ildə həyata keçirilmiş 5 sosial islahat paketi üzrə illik əlavə olaraq 8 milyard manat vəsait ayrılıb. Nəticədə minimum və orta aylıq pensiyada 3 dəfə, müavinət və təqaüd ödənişlərində 5 dəfə artımlar baş verib. Toplanan sığorta ehtiyatı bu artımların davamlı xarakter alması üçün əlavə dəstək rolunu oynayır.
Digər təklif olunan dəyişikliyə görə, məcburi dövlət sosial sığorta haqlarının da artıq 2,5 faizi deyil, 3 faizi idarəetmə xərclərinə yönəldiləcək. Əgər hazırda məcburi dövlət sosial sığortası, dövlət sosial sığorta sistemində fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi məbləğində müəyyənləşdirilən xərclərdisə, təklif olunan dəyişikliyə görə idarəetmə xərcləri məcburi dövlət sosial sığortası, dövlət sosial sığorta sistemində fərdi uçot, əmək pensiyası və digər sosial ödənişlər sisteminin idarə edilməsinə yönəldilən və yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 3 faizi məbləğində müəyyənləşdirilən xərclər olacaq.
Qanun qəbul ediləcəyi halda bu müddəalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar