Xəbər lenti
Məhkəmə qərarı ilə “Pilot Residence” MTK-da qanunsuz tikililərin sökülməsinin icrası niyə yubanır? - Şəkillər
Kompleks sakinlərinin saytımıza verdiyi məlumata görə, yalnız ötən həftənin sonundan Səbail Rayon İcra Şöbəsinin əməkdaşlarının iştirakı ilə “Bazarstore" supermarketinin həyəti zəbt etdiyi qanunsuz hissəsinin, həmçinin 3, 4 və 5-ci blokların üzərində yerləşən bloklararası keçid balkonlarının sökülməsi ilə bağlı işlərə baxış keçirilib. Bu söküntü işləri məhkəmə qərarının icrası çərçivəsində birbaşa “Pilot Residence” MTK tərəfindən həyata keçirilməlidir.
Məhkəmənin qərarında qeyd olunan digər məsələlərin – 3-cü blokun yarıtəmirli hissəsinə piyada girişinin tam təmir edilərək təhvil verilməsi, o cümlədən 3-cü blokun girişi yaxınlığında qanunsuz yerləşdirilən konstruksiya, qurğu və avadanlıqların ərazidən götürülməsi işləri isə yubanır.
Söküntü işlərinin ehtiyatlı və mərhələli şəkildə, MTK rəhbərliyinin daimi nəzarəti altında və Fövqəladə Hallar Nazirliyi ilə əlaqələndirilərək aparılması şərti qoyulub. Bununla yanaşı, sakinlər prosesin daha operativ və problemsiz həyata keçirilməsi üçün aidiyyəti dövlət qurumlarının qanuni mövqeyinin dəqiqləşdirilməsini istəyirlər.
Sakinlərin yaydığı məlumatda bildirilir ki, MTK-nın direktoru Babək İsmayılov və ona bu işlərdə kömək edən ("sağ əli") Toğrul Bağırov məhkəmənin qərarını icra etməkdən boyun qaçırmaq məqsədilə həm FHN-ə, həm də Səbail Rayon İcra Hakimiyyətinə söküntü işlərinin aparılmasının mümkün olmadığına dair yanlış texniki "əsaslandırma" təqdim etməyə cəhd göstərib. Deyilənə görə, qeyd olunan qurumların bu "əsaslandırma"nı qəbul etmədiyi və məhkəmə qərarının əsas olduğunu qəbul etdikləri MTK nümayəndələrinə bildirilib.
Sakinlərin müraciətində prosesin şəffaf, təhlükəsiz və məhkəmə qərarına uyğun şəkildə başa çatdırılması üçün əlaqədar qurumların və ictimaiyyətin prosesə diqqət yetirməsi xahiş olunur. Onlar ümid edir ki, sözügedən proseslə bağlı hazırkı mərhələdə əsas məsələ Ali Məhkəmənin qərarının tam və vaxtında icra olunması, söküntü və digər nəzərdə tutulan işlərin isə aidiyyəti qurumların nəzarəti və qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsidir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























