Sizin Reklam Burada
Xəbər lenti
29-09-2026
28-09-2026
BÜTÜN XƏBƏRLƏR

27 il Mərkəzi Banka rəhbərlik etdi: indi haradadır?

Tarix: 29-09-2026 23:09     Baxış: 323 A- / A+

Uzun illər Azərbaycanın maliyyə sistemində əsas simalardan biri olan Elman Rüstəmov son dövrlərdə ictimaiyyət qarşısında əvvəlki qədər görünmür. Bəs 27 il Milli Bank və Mərkəzi Banka rəhbərlik etmiş Rüstəmov hazırda hansı vəzifəni tutur?

Elman Sirac oğlu Rüstəmov 1952-ci il iyunun 29-da Cəbrayıl rayonunda anadan olub. Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirən Rüstəmov əmək fəaliyyətinə iqtisadi sahədə başlayıb və müxtəlif dövlət qurumlarında çalışıb.

O, 1992-ci ildə Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini təyin edilib. 1995-ci ildən banka rəhbərlik edən Rüstəmov sonrakı illərdə də bu vəzifədə fəaliyyətini davam etdirib. 2020-ci ildə Prezidentin sərəncamı ilə Mərkəzi Bankın İdarə Heyətinin sədri vəzifəsinə yenidən təyin olunub.

2022-ci ilin aprelində Mərkəzi Bankın rəhbərliyindən ayrılan Rüstəmov dövlət idarəçiliyində fəaliyyətini davam etdirib. Baş nazir Əli Əsədovun 13 aprel 2022-ci il tarixli sərəncamı ilə Baş nazirin müşaviri təyin olunub.

Hazırda Nazirlər Kabinetinin rəsmi strukturunda Elman Rüstəmov Baş nazirin müşaviri kimi göstərilir. Uzun illər Mərkəzi Bankın rəhbəri kimi tanınan Rüstəmov hazırda fəaliyyətini hökumət səviyyəsində davam etdirir. metbuat.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar