Xəbər lenti 
					
 
		Bağırsağından narkotik çıxdı -Sərhəddə
Manevr.az
Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında, idarənin “Qoşa Təpə”gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən AzNews.az-a verilən məlumata görə, yoxlama nəticəsində, saxlanılan şəxsin daxili orqanından (düz bağırsağından) 5 ədəd bükümdə, xalis çəkisi 167,512 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Vətəndaş izahatında bildirib ki, onun üzərində aşkar edilən narkotik vasitəni İranın Biləsuvar şəhərində Azərbaycandan olan digər şəxslə birlikdə əldə edib. Verilən əlamətlərə uyğun gələn həmin Azərbaycan vətəndaşı da İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələrkən “Qoşa Təpə” gömrük postunda saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 
















