Xəbər lenti
Bakının içməli su sistemi dəyişir
"Hazırda beynəlxalq maliyyə institutlarının iştirakı ilə mütəxəssislər cəlb edilərək müvafiq qiymətləndirmə işləri aparılır. Gələn il ərzində isə müvafiq tender prosedurlarının həyata keçirilməsi nəzərdə tutulur".Manevr.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "BakiBaku" saytına müsahibəsi zamanı deyib.
Z.Mikayılov "Bu il yayda baş verən Oğuz-Qəbələ-Bakı kəməri qəzasından sonra əsas magistral xəttin payıza qədər tam bərpası təmin olunubmu?" sualına cavab olaraq fikirlərinə belə davam edib:
"Magistral su xətlərinin bərpası yalnız Oğuz-Qəbələ-Bakı kəmərini deyil, həmçinin Bakı şəhərinin içməli su ilə təmin edilməsində iştirak edən bütün mənbə qurğularını əhatə edəcək. Bu bərpa işləri nəticəsində Bakı şəhərinə daxil olan suyun keyfiyyətinin yaxşılaşdırılması, eləcə də su təchizatı sisteminin məhsuldarlığının artırılması təmin olunacaq".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Media
Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























