Sizin Reklam Burada
Xəbər lenti
24-09-2026
23-09-2026
BÜTÜN XƏBƏRLƏR

İş adamı Qoşqar Məmişova "stop" qoyuldu

Tarix: 24-09-2026 22:28     Baxış: 335 A- / A+
Vergi borcuna görə “Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin rəhbəri Məmişov Qoşqar Sabit oğlunun ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Dövlət Vergi Xidməti bununla bağlı məhkəməyə müraciət edib.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, şirkətin dövlət büdcəsinə 12 319,46 manat, icbari tibbi sığorta fonduna isə 5,70 manat borcu var. Qoşqar Məmişovun fərdi sahibkar kimi dövlət büdcəsinə 908,93 manat, işsizlikdən sığorta fonduna 4,55 manat və icbari tibbi sığorta fonduna 2,79 manat borcu yaranıb.

Vergi borclarının ödənilməsi ilə bağlı dəfələrlə bildiriş göndərilsə də, borc ödənilməyib.
Məhkəmə ərizəni təmin edərək borcların ödənilməsini təmin etmək məqsədilə Qoşqar Məmişovun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına qərar verib. Qərar qəbul edildiyi andan qüvvəyə minir və ondan şikayət verilməsi icrasını dayandırmır.

Hazırda Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin məlumatına görə, “Olimpik İdman və İstirahət Kompleksi” MMC-nin 16 549,44 manat vergi borcu var.

Qeyd edək ki, ötən il Məmişov Qoşqar Sabit oğluna məxsus Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən “Dağlılar Balıq Evi” restoranında nöqsanlar aşkarlandığı üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən cərimə tətbiq edilib. qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar