Sizin Reklam Burada
Xəbər lenti
15-10-2026
14-10-2026
BÜTÜN XƏBƏRLƏR

Kommunal ödənişlər artırıla bilər – AÇIQLAMA

Tarix: 24-09-2026 21:42     Baxış: 380 A- / A+
Azərbaycanda kənd yerlərində yaşayan əhali üçün qaz və elektrik enerjisinə tətbiq olunan limitlərin ləğvi məsələsi gündəmdədir. Xüsusilə qış aylarında enerji istehlakının artması kənd sakinlərinin kommunal xərclərini yüksəltdiyindən, limitlərin aradan qaldırılmasının ailə büdcəsinə necə təsir göstərəcəyi maraq doğurur.
Bəs mövcud iqtisadi şəraitdə belə bir dəyişiklik gözlənilirmi?
İqtisadçı-ekspert Əkrəm Həsənov bildirib ki, hazırkı iqtisadi vəziyyət kommunal ödənişlər üzrə limitlərin ləğvinə imkan verən şərait yaratmır:
Əkrəm Həsənov: "Azərbaycanda “uşaqpulu” üçün vəsait demək olar, yoxdur"  Pravda.az
“Hazırda ölkədə ciddi iqtisadi artım yoxdur. Dövlət büdcəsinin vəsait toplamaqla bağlı problemləri mövcuddur. Kommunal təşkilatların qarşısında da ən azı öz xərclərini əldə etdikləri gəlirlər hesabına qarşılamaq məqsədi qoyulub. Bu baxımdan kommunal xidmətlər üzrə hər hansı güzəşt və ya ödənişlərin azalmasını gözləmək çətindir.
Əksinə, gələcəkdə kommunal xərclərin artması ehtimalı da istisna edilə bilməz. Ona görə də qaz və elektrik enerjisi üzrə tətbiq olunan limitlərin yaxın zamanda ləğv ediləcəyini düşünmürəm”.

Ekspertin sözlərinə görə, limitlərin aradan qaldırılması kənd sakinlərinin müəyyən dövrlərdə kommunal ödənişlərinin azalmasına şərait yarada bilsə də, hazırkı iqtisadi şərtlər belə bir qərarın qəbul olunmasını real göstərmir. konkret.az 

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar