Sizin Reklam Burada
Xəbər lenti
24-09-2026
23-09-2026
BÜTÜN XƏBƏRLƏR

Vatsap hər mesaja görə ödəniş almağa başlayacaq

Tarix: 24-09-2026 21:25     Baxış: 337 A- / A+
Vatsap Qazaxıstanda biznes hesabları üçün yeni qiymət siyasətinə keçir. Oktyabrın 1-dən qüvvəyə minməsi planlaşdırılan sistemə əsasən, avtomatlaşdırılmış mesajlaşma və Vatsap Biznes Platformundan istifadə edən şirkətlər müəyyən saydan artıq mesaj göndərdikdə əlavə ödəniş etməli olacaq.

Yeni qaydalar milyonlarla fərdi Vatsap istifadəçisinə və tətbiqdən telefon vasitəsilə əl ilə istifadə edən kiçik bizneslərə şamil olunmayacaq.
Müştərilərlə birbaşa və əl ilə yazışan kiçik sahibkarlar əvvəlki kimi əlavə mesaj ödənişi olmadan Vatsapdan istifadə edə biləcəklər.

Qiymət dəyişikliyi əsasən avtomatlaşdırılmış mesajlaşma, kütləvi bildirişlər, chatbotlar və CRM sistemləri vasitəsilə Vatsap Biznes Platformundan istifadə edən orta və iri şirkətləri əhatə edir.
Yeni modelə əsasən, hər biznes nömrəsi üçün ayda 1 000 pulsuz mesaj limiti nəzərdə tutulur. Bu limit keçildikdən sonra göndərilən əlavə mesajlar üçün ödəniş alınacaq.

Qazaxıstanda bir mesajın qiymətinin təxminən 0,018 ABŞ dolları, yəni 8 tenge olacağı bildirilir.
Məsələn, ay ərzində 10 min mesaj göndərən şirkətin ilk 1000 pulsuz mesajı nəzərə alınmayacaq. Qalan 9 min mesaj üçün isə ödəniş hesablanacaq.

Bu halda aylıq xərcin təxminən 162 ABŞ dolları və ya 72 min tenge təşkil edəcəyi qeyd olunur.
Mənbədə qeyd olunur ki, Meta Vatsap Biznes Platformundan istifadə edən şirkətlər üçün mesaj və söhbət əsaslı ödəniş modelini müxtəlif bazarlarda artıq tətbiq edir.

Türkiyədə də Vatsap Biznes Platformunu API vasitəsilə sistemlərinə inteqrasiya edən orta və iri şirkətlər marketinq, təsdiqləmə və müştəri xidmətləri məqsədilə göndərilən mesajlara görə mesaj kateqoriyasından asılı olaraq ödəniş edirlər.
Adi Vatsap və standart Vatsap Biznes tətbiqindən telefon üzərindən əl ilə istifadə edən fərdi şəxslər və kiçik bizneslər üçün isə bu model tətbiq edilmir.
Qazaxıstandakı yeni dəyişiklik də əsasən bizneslərin Vatsapın avtomatlaşdırılmış və API əsaslı imkanlarından istifadəsinə yönəlib. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar