Xəbər lenti
Oğlumla gəlinim buna görə istintaqa cəlb olunmuşdular
ABŞ-da ölkədə olan, lakin sığınacağı olmayan şəxslər haqqında müəyyən araşdırmalar aparılıb. Oğlum və gəlinimlə bağlı məsələ də bu qəbildəndir. Bunu həbs adlandırmaq doğru deyil.Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyinə dair yayılan xəbərlərə münasibət bildirərkən deyib.
O qeyd edib ki, oğlu və gəlini, ümumiyyətlə, həbs olunmayıblar:
"Heç sığınacaqda da deyillər. Müəyyən dövrdə onların vizalarının vaxtının keçməsi ilə əlaqədar araşdırmalar olub və məsələ başa çatıb. Əslində bu hadisə sentyabrın əvvəllərində olub. Hər gün onlarla telefonla danışıram, bütün sənəd məsələləri həll olunub. Saxta sənəd hazırlanması kimi yayılan xəbərlər tamamilə uydurmadır”.
Arif Hacılı bildirib ki, hazırda ABŞ-dakı vəziyyətə görə bu ölkədə sığınacaq almayan hər kəsin istintaqa cəlb edilməsi mümkündür: "Onlar da bu kontekstdə istintaqa cəlb olunmuşdular. Sadəcə, onlar hələ də bu ölkədə daimi yaşamaq hüququ əldə etməyiblər”.
Qeyd edək ki, Arif Hacılının oğlu Orxan Hacılı və gəlini Yaqut Hacılının ABŞ-da həbs edildiyi iddia edilir. Onların ölkədən çıxmaq öhdəliyi götürsələr də, ABŞ-da qeyri-qanuni yaşamağa davam etdikləri bildirilir. teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























