Xəbər lenti
"Birliyin Gücü – 2026” təlimində növbəti tapşırıqlar yerinə yetirildi - VİDEO

Ölkəmizdə təşkil olunan “Birliyin Gücü – 2026” birgə hərbi təlimi çərçivəsində növbəti praktiki tapşırıqlar uğurla yerinə yetirilib.
Manevr.az xəbər verir ki, plana uyğun olaraq, iştirakçı ölkələrin bölmələri helikopterlərdən desantın endirilməsi, operativ mövqe tutaraq şərti terrorçu qruplaşmalarının zərərsizləşdirilməsi üzrə fəaliyyətləri müvəffəqiyyətlə icra ediblər.
Tapşırıqların icrası zamanı Azərbaycan, Türkiyə və Özbəkistandan olan hərbi qulluqçular yüksək peşəkarlıq və koordinasiya nümayiş etdiriblər.
Qeyd edək ki, məşqdə əsas diqqət iştirakçıların praktiki vərdişlərinin təkmilləşdirilməsi, aviasiya vasitələrinin şəxsi heyətlə uzlaşmış fəaliyyətinə nail olunması və təlimdə qarşıya qoyulmuş tapşırıqların uğurla yerinə yetirilməsinə yönəldilib.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























