Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

Fransız alim: Azərbaycan - Zərdüştün və maqların vətəni

Tarix: 24-09-2026 08:38     Baxış: 335 A- / A+
Bu günə qədər zərdüştlük və onun banisi Zərdüşt haqqında yüzlərlə istinadı olmayan yazılar rastıma çıxır. Hətta mövzu üzrə tədqiqat aparan nəhəng alimlərin əsərlərini oxumayanlar söz oyunu oynaraq, Zərdüşt və onun yaratdığı Avesta barədə hər saxtakarlığa əl atıblar. Bu gün də sosial mediada ciddi bir mənbə oxumadan ağzına gələni danışanlara fransız şərqşünası, linqvisti Ceyms Darmesteterin (James Darmesteter) araşdırmalarını oxumağı tövsiyə edirəm.

Zərdüştlüyün müqəddəs mətni olan Avestanı ilk dəfə tam ingilis və fransız dillərinə tərcümə edən Ceyms Darmesteterin tədqiqatları dünyada ən çox istinad edilənlərdir. Sizlərə onun bu mövzu ilə bağlı bir kitabını təqdim edirəm: “Darmesteter, C. İran araşdırmaları. Paris : F. Vieweg, 1883, cild 1.”

Kitabı onlayn oxumaq üçün

Darmesteter zərdüştlük ənənəsinə və qədim pəhləvi mənbələrinə əsaslanaraq iddia edirdi ki, Zərdüşt qədim Azərbaycan torpaqlarında doğulub. Darmesteter qədim mətnlərdəki “Āδarbāyagān” adının pəhləvi dilindəki fonetik inkişafını izləyərək, buranı odlar, atəşgahlar və zərdüştlüyün formalaşdığı ən fundamental tarixi-coğrafi areal hesab etmişdir.

O, dövrünün digər şərqşünaslarından fərqli olaraq, Zərdüştün Baktriyada yox, məhz Azərbaycanda doğulduğunu və bu dinin buradan yayıldığını sübut etməyə çalışmışdır.
Darmesteterin fikrincə, sadalanan 16 ölkədən yalnız 9-u coğrafi mövqeyini bildiyimiz real ölkələrdir. Darmesteter qeyd edir ki, cənnət ölkəsi olan Eranvəz (airyanəm vaējah) əvvəlcə mifoloji olmuş, sonralar Araz çayı hövzəsi ilə eyniləşdirilmişdir.

Müəllifin istinad etdiyi “AVESTA: VENDİDAD (English): I fəsil, 3”-ü oxumaq üçün

Zərdüştlərin müqəddəs cənnət-vətəni sayılan Eranvezi avropalı alimlərin əksəriyyəti Orta Asiya çöllərində axtararkən, Darmesteter yerli pəhləvi ənənələrinə sadiq qalaraq Eranvezi birbaşa Araz çayı hövzəsi və Arran-Qarabağ ərazisi ilə eyniləşdirmişdir. O, Azərbaycanın qədim adını “Adarbidāe –Āδarbāyagān” - “odun toxumu/odun mənbəyi” kimi izah edir.

Avestanın qəhrəmanlıq nəğmələrində mifik personajların dualar etdiyi və döyüşdüyü duzlu Kaekasta gölü, Darmesteterin şərhinə görə, birmənalı olaraq Urmiya gölüdür. O, həmçinin xalq dastanlarında və Firdovsinin “Şahnamə”sində bu adın təhrif olunaraq “Xangast” formasına düşdüyünü dilçilik baxımından sübut etmişdir.

Müəllifin istinadı olan Avesta mətni

Darmesteterə görə, Azərbaycan sadəcə zərdüştlüyün keçdiyi bir yer deyil, bu dinin doğulduğu, formalaşdığı və müqəddəs mətnlərinin yazıldığı əsas coğrafi məkandır. Zərdüştü isə o, etnik və regional baxımdan qədim dövrün kahinlər təbəqəsi olan maqların mühitindən çıxmış bir şəxsiyyət hesab edirdi.

HAŞİYƏ: Tarixdə bəllidir ki, Azərbaycan xalqının ulu əcdadları sırasında muğamilər Maq-Muq-Muğ adlandırılırdı. Sözün semantik mənası od, yaxud alov deməkdir. Onlar elm, incəsənət, tibb, musiqi və dini biliklərini tətbiq etməklə dövləti mükəmməl idarə edə bilmişlər.

Onların öz biliklərindən istifadə edərək təbiət və cəmiyyət həyatına müdaxilələri çox vaxt sehr kimi dəyərləndirilirdi. Mədəniyyət tarixində “maq” anlamı altında zərdüştlüyün təmsilçilərini və ümumiyyətlə, müdrikliyi ilə seçilən şəxsiyyətləri nəzərdə tutmuşlar. Azərbaycan tarixində maqlar böyük rol oynamışlar. Məlumdur ki, islamdan əvvəl şamanların, maqların məsləhəti ilə qərarlar qəbul edən xaqanlar öz övladlarını bu hörmətli insanların yanına qoyub şər qüvvələrdən qorumaqla yanaşı, onların təlim və tərbiyəsini də maqlara həvalə edirdilər.

Mənbə: Ammianus Marcellinus, Mariancelo Akkursio tərəfindən beş min xətadan təmizlənmiş və onun tərəfindən yeni tapılmış son beş kitaba əlavə edilmiş nəşr

İngilis şərqşünas Henri Roulinson öz həmkarına dəstək verərək yazır: “Biz qəbul etməliyik ki, Midiyanın qədim sakinləri öz mədəniyyətlərini qonşu ari tayfalarına aşılamışlar. Zərdüştlüyün ən mühüm ritualları — odun müqəddəsliyi, kəhanətlər və magiya — arilərə yox, məhz bu şimaldan və mərkəzdən gələn turanlılara məxsusdur. Azərbaycan ərazisi qədimdən Turan dünyası ilə Pers dünyası arasında bir keçid zonası idi, lakin bölgənin dini və mədəni fundamenti məhz bu yerli turanlı tayfalar tərəfindən qoyulub”.

Mənbə

Darmesteter qeyd edir ki, dünyadakı Hürmüzd və Əhrimənin amansız döyüşü haqqındakı inancların coğrafi təsvirləri məhz Azərbaycanın sərt təbiəti, qışı və yayının kəskin təzadları ilə ilhamlanıb. O, Avesta şərhlərində sübut edirdi ki, “Şahnamə”də adı çəkilən bir çox əfsanəvi yerlər əslində Azərbaycan coğrafiyasına aiddir, lakin əsər pəhləvi dilindən islam dövrü fars dilinə köçürülərkən adlar təhrif olunub. Darmesteter pəhləvi dilindəki “Bundahişn” və “Dinkard” mətnlərinə istinad edərək Zərdüştün ailə köklərini də Azərbaycanla bağlayır.

Darmesteter yazır: “Azərbaycan maqları yerdən sızan və heç vaxt sönməyən bu təbii odları möcüzə kimi təqdim edərək insanları Ahura Mazdanın qüdrətinə inandırırdılar”.

Qalan faktları mənbələri oxuyaraq tanış ola bilərsiniz.

 Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar