Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

Hərbi xidmətdə olanlara bu güzəştlər olunacaq

Tarix: 23-09-2026 21:17     Baxış: 342 A- / A+
Müddətli həqiqi hərbi xidmətə yollanan vətəndaşların kredit borclarının necə tənzimlənməsi aktual məsələlərdəndir Qanunvericilikdə hərbi xidmətə çağırış zamanı borcun avtomatik silinməsi nəzərdə tutulmasa da, xidmət dövründə maliyyə yükünü yüngülləşdirmək üçün müəyyən restrukturizasiya və güzəşt mexanizmləri mövcuddur.

Hərbi xidmətə çağırılan şəxsin bu müddətdə daimi gəlir əldə etmək imkanı məhdudlaşdığı üçün banklar fərdi müraciət əsasında ödəniş qrafikində dəyişiklik edə bilərlər. Bu zaman kredit ödənişlərinə müvəqqəti möhlət verilir və ya aylıq ödəniş məbləğləri azaldılaraq kreditin ümumi müddəti xidmət dövrü qədər uzadılır.

Hərbi xidmətdə olmaq obyektiv səbəb hesab edildiyi üçün, banka vaxtında müraciət olunduqda xidmət müddətindəki gecikmələrə görə adətən əlavə cərimə, penya və ya faiz dəbbəsi hesablanmır. Lakin bunun rəsmiləşdirilməsi üçün mütləq bankın öncədən məlumatlandırılması tələb olunur. 

Vətəndaş hərbi xidmətə getmədən əvvəl aidiyyəti sənədləri banka təqdim etdikdə və restrukturizasiya razılaşması əldə olunduqda, xidmət dövründəki ödəniş fasilələri "bədxah gecikmə" kimi reestrlərə düşmür. Bu da gələcəkdə vətəndaşın kredit tarixçəsinin neqativ təsirə məruz qalmasının qarşısını alır.

Səfərbərlik, müharibə və ya hərbi əməliyyatlar dövründə Mərkəzi Bankın xüsusi tövsiyə və qərarlarına əsasən daha geniş güzəşt paketləri tətbiq edilə bilir. Belə hallarda faizlərin tam dayandırılması, subsidiyalaşdırılması və ya xüsusi dondurulma rejimləri istifadə olunur. yenisabah.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar