Sizin Reklam Burada
Xəbər lenti
23-09-2026
22-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu məktəb direktorları həbs edilməlidir

Tarix: 23-09-2026 14:53     Baxış: 333 A- / A+
Bu məktəb direktorları həbs edilməlidir
Tamada-şairə Nazilə Səfərlinin Bakıda tıxaclarla bağlı paylaşdığı video sosial mediada müzakirələrə səbəb olub. O bildirib ki, valideynlər uşaqlarını yaşayış yerindən uzaqqda yerləşən məktəblərə qoyduqları üçün tıxac yaranır. Bəziləri isə onun öz uşağını məktəbdən maşınla götürməyə getdiyi halda insanları tənqid etdiyi yazıb.
Manevr.az-ın xəbərinə görə, mövzu ilə bağlı axar.az-a danışan sənətçi Nazilə Səfərli bildirib ki, onun məktəb yaşında övladı yoxdur.
“Mənim o yaşda uşağım var?! Həyatımda iki dəfə ana olmuşam, ikisi də yekə kişidir. Birinin 29 yaşı, birinin də 27 yaşı var. Bağçaya gedən nəvəm də yoxdur. Mənim uşaqlarım öz yaşadığımız ərazidə oxuyublar. Bir oğlum 8-ci sinifdən özəl liseyə keçdi, 2 km yolu velosipedlə gedib-gəlirdi.
Xalqın nümayəndəsi olaraq fikrimi bildirməyə haqqım var. Düşünürəm ki, qeydiyyatı olmayan əraziyə, başqa rayonun ərazisindən digər rayona məktəbə uşaq qəbul edən məktəb direktorları hamısı həbs olunmalıdır. Çünki qanunvericilikdə kim harada yaşayırsa, orada da oxumalıdır.
Əgər bir uşaq 6 yaşında Buzovnada, Yasamalda yaşayıb şəhərin mərkəzində dərsə gedirsə, o uşaq gündə 2-3 saat tıxacda qalır. Uşağı ora aparmaqla uşağın gələcəyi təmin edilmir, o uşaq məhv edilir. Eyni zamanda da cəmiyyətə tıxaclarla əziyyət verilir”, - o vurğulayıb.
Sənətçinin sözlərinə görə, hər rayonda hamıya çatacaq qədər məktəb var:
“Tıxacın səbəbi təkcə bu deyil, amma birinci növbədə budur. Yayda tıxac var idi şəhərdə?!
Videoda əsəbiləşib “xəstəsən” demişəm, təbii ki, bu, yaxşı hərəkət deyil. Amma mən kimisə konkret şəxs olaraq təhqir etməmişəm. Mən xalqı düşünüb danışıram. Mən danışmayım, sən danışma, bəs kim danışsın?!”

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar