Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

İnarə İsmayılovanın plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu

Tarix: 23-09-2026 13:56     Baxış: 380 A- / A+
İnarə İsmayılovanın plastik cərrah kimi fəaliyyətinə məhdudiyyət qoyuldu
Plastik-rekonstruktiv və estetik cərrah İnarə İsmayılovanın plastik cərrahiyyə üzrə fəaliyyətinə Səhiyyə Nazirliyi tərəfindən məhdudiyyət qoyulub.

Manevr.az-ın qaynarinfo-ya istinadən məlumatına görə, İnarə İsmayılovanın əvvəlki sertifikasiya şəhadətnaməsi ləğv edildikdən sonra onun plastik cərrah kimi fəaliyyət göstərməsi qadağan edilib.

Lakin 2026-cı ildə Səhiyyə Nazirliyi tibb mütəxəssislərinin praktik fəaliyyəti və ixtisas dəyişməsi ilə bağlı yeni qaydalar qəbul edib. Yeni qaydalar müəyyən hallarda həkimlərə fərqli ixtisas üzrə sertifikasiya imtahanına buraxılmaq imkanı yaradır.

Yeni qaydaların 16-cı bəndinə əsasən, əvvəlki əmrlərlə sertifikasiya şəhadətnamələri ləğv edilmiş tibb mütəxəssisləri bu imkanlardan kənarda saxlanılıb.

İnarə İsmayılova hesab edir ki, bu məhdudiyyət onun hüquqlarını pozur. O, Səhiyyə Nazirliyinə qarşı Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək əmrin mübahisələndirilən müddəalarının ləğvini və yeni qərar qəbul edilməsini tələb edib.

Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası isə iddianı mümkün saymayıb.

Qeyd edək ki, KİV-də yayılan məlumata görə, İnarə İsmayılova 2006-cı ildə Odlar Yurdu Universitetinin Müalicə işi fakültəsini bitirib. O, 2018-ci ildə Sankt-Peterburqda estetik cərrahi süd vəzi və bədən şəkilləndirmə, həmçinin Həkimləri Təkmilləşdirmə İnstitutunda dodaq-damaq yarığı cərrahiyyəsi kurslarında iştirak edib.

İnarə İsmayılova Mərkəzi Gömrük Hospitalında plastik-rekonstruktiv və estetik cərrah kimi çalışır.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar