Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

Dünya liderləri Nyu Yorka toplandı: Nələr müzakirə ediləcək?

Tarix: 23-09-2026 08:20     Baxış: 372 A- / A+
Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində dünya liderlərinin ən birinci müzakirə edəcəyi məsələ, fikrimcə, yeni sədr seçkiləri ilə bağlı olacaq. Antonio Quterreşin səlahiyyət müddəti il sonunda başa çatır.

Bu sözləri açıqlamasında politoloq Turab Rzayev bildirib.

“İkinci məsələ isə çoxqütblü dünya sisteminə inamın bərpası ilə bağlı olacaq. Artıq bir çox dövlət beynəlxalq qurumlara inanmırlar. Bu sessiyada beynəlxalq hüquqa inamın bərpası da gündəmə gətiriləcək.

Digər mühüm məsələ təbii ki, üçüncü dünya dövlətlərinin inkişafı ilə bağlıdır. ABŞ-la digər ölkələrin münasibətləri də gündəmdir. ABŞ-Kanada və ABŞ – AB gərginliyinə diqqət yetiriləcək.

Düşünürəm ki, BMT daxilində ciddi islahatlara ehtiyac var. Xüsusilə, BMT-nin maliyyə və struktur problemləri mövcuddur. Bununla bağlı yəqin ki, müzakirələr aparılacaq.

Eyni zamanda, qlobal münaqişələrə diqqət çəkiləcək. Dünya faktiki olaraq barıt çəlləyinə bənzəyir və hər yerdə müharibə gedir - Yaxın Şərqdə, Qəzzada, İranda, Livanda, Suriyada, Yəməndə, Sudanda, Somalidə, Liviyada...
Bundan əlavə, Rusiya-Ukrayna və İran müharibəsinin dünya müharibəsinə çevrilmə ehtimalı yüksəkdir. Bunlar beynəlxalq sülhü təhdid edir.

Digər tərəfdən, insan inkişafı ilə bağlı bəzi məsələlər var və onlar da gündəmə gətiriləcək. İqlim məsələləri, qlobal istiləşmə, dünyada dəniz səviyyəsinin qalxması, müasir texnologiyalar, innovasiyalar, süni intellektin tənzimlənməsi, səhiyyə problemləri və ən əsası nüvə silahları ilə bağlı məsələlər də müzakirə olunacaq”, - politoloq qeyd edib. axar.az

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar