Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Özünü PA əməkdaşı kimi tanıdıb 200 min almışdı - 6 il həbs verildi

Tarix: 22-09-2026 21:10     Baxış: 327 A- / A+
ozunu-pa-emekdasi-kimi-tanidib-200-min-almisdi
Bakıda bir neçə nəfərə qarşı dələduzluq etmiş 36 yaşlı qadın cinayət məsuliyyətinə cəlb olunub.

Özünü Prezident Administrasiyasının məsul əməkdaşı kimi təqdim etmiş Nərmin Məhərrəmovaya (soyad şərtidir) Bakı Ağır Cinayətlər Məhkəməsində hökm oxunub.

Bildirilib ki, N.Məhərrəmova işə düzəltmə, diplom alma, pul nağdlaşdırma, qızıl biznesi, lombarddan qızıl çıxarmaq kimi vədlərlə 6 nəfərdən 200 min manata yaxın pul alıb. Şikayətçilərdən bəzilərinin sözlərinə görə, Nərmin özünü Prezident Administrasiyasının əməkdaşı kimi təqdim edib və yüksəkvəzifəli şəxslərlə əlaqələrinin olduğunu deyərək inam yaradıb.

Sonradan isə onun Yasamal rayonu Şəfayət Mehdiyev küçəsində yerləşən, köhnə “Lider TV” kimi tanınan binada fəaliyyət göstərən Azərbaycan Həmrəylik Partiyasında işləməsi məlum olub. Dələduzluqla üzləşmiş şəxslərdən bir neçəsi oraya gedərək pullarını tələb ediblər. Onlar pullarını geri ala bilmədiklərini görərək polisə müraciət ediblər və Nərmin barəsində Cinayət Məcəlləsinin 178.32-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə iş açılıb.

Məhkəmədə partiyanın sədri Əlisahib Hüseynov ifadə verərək Nərmini və atasını tanıdığını, lakin onun həmin təşkilatda işləmədiyini deyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nərminə 6 il həbs cəzası verilib. Onun zərərçəkmişlərdən birinə vurduğu 143 min manatlıq mülki iddia da təmin edilib. Vəsaitin Nərmin Məhərrəmovadan tutularaq zərərçəkmişə ödənilməsinə qərar verilib. qafqazinfo

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar