Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Payız Azərbaycana bu gecə daxil olacaq

Tarix: 22-09-2026 18:19     Baxış: 331 A- / A+

Payız Azərbaycana bu gecə daxil olacaq

2026-cı ildə payız fəsli Azərbaycana 23 sentyabr saat 04:05-də daxil olacaq və beləliklə, şimal yarımkürəsində astronomik payız, cənub yarımkürəsində isə astronomik yaz başlayacaq.
Bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Qeyd edilib ki, Günəş illik hərəkəti zamanı iki nöqtədə - yaz və payız bərabərliyi nöqtələrində göy ekvatorunu kəsir. Payız bərabərliyi nöqtəsindən keçməklə, Günəş şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Bu andan etibarən isə şimal yarımkürəsində payız fəsli, cənub yarımkürəsində isə yaz fəsli başlayır. Həmin gün Günəşin şüaları Yerə düz bucaq altında düşdüyünə görə gecə ilə gündüzün uzunluğu bərabərləşərək bütün coğrafi enliklərdə 12 saat olur. Şimal yarımkürəsində günlər qısalmağa, gecələr uzanmağa, havalar tədricən soyumağa başlayır. Cənub yarımkürəsində isə əksi baş verir və bu proses qış günəşduruşunadək davam edir.
Qeyd edək ki, ekvatorda gecə ilə gündüzün uzunluğu ilboyu dəyişmir və 12 saat olaraq qalır. Ekvatordan qütblərə doğru getdikcə isə Günəş şüasının düşmə bucağı zamanla dəyişdiyindən bu fərq artaraq yay və qış günəşduruşu günləri 24 saata çatır.
Beləliklə, fəsillərin yaranmasının əsas səbəbi ekliptika ilə göy ekvatorunun 23.5-lik bucaq əmələ gətirməsi, ilin müxtəlif vaxtlarında Günəş şüalarının düşmə bucağının dəyişməsi və Yer səthinin fərqli miqdarda istilik alması ilə əlaqədardır.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar