Sizin Reklam Burada
Xəbər lenti
20-09-2026
19-09-2026
BÜTÜN XƏBƏRLƏR

Professor vəfat edən qızına mahnı bəstələdi - Video

Tarix: 21-09-2026 12:22     Baxış: 325 A- / A+
Professor vəfat edən qızına mahnı bəstələdi - Video
Beynəlxalq hüquq üzrə professor, vəkil Fərhad Mehdiyev qəza nəticəsində dünyasını dəyişən qızı Zəhraya daha bir mahnı həsr edib.
Manevr.az xəbər verir ki, mahnının sözləri də, musiqisi də Fərhad Mehdiyevə məxsusdur.
O, Yutub platformasında paylaşdığı “Bir ümidlə gözlərəm” adlı mahnını bu sözlərlə təqdim edib:
“Hər gün Zəhranın qəza keçirdiyi yerdən və ondan az sonra Abşeron Rayon Mərkəzi Xəstəxanasının yanından keçirəm. Yadıma düşür ki, o xəstəxanadan qızımı götürmək üçün bir TTY maşını belə gəlmədi. Bunu heç vaxt unutmayacam, hər gün azı bir dəfə yadıma düşəcək.
Zəhramın gedişindən 94 gün keçib, amma dünya və zaman sanki o gündən dayanıb.
Beynim hər şeyi 16 iyundan əvvələ bağlayır. Novruz bayramında o hələ yaşayırdı, mənim ad günümdə də. Filan tarixdə də. Filankəsin toyunda da.
Həyatdakı ümidlərim, zövqlərim, əyləncəm - elə bil heç biri yox idi.
Mən heç vaxt öz insanlığımı, ləyaqətimi itirməməyə çalışdım, amma itirdiyim onlardan daha böyük bir cəza kimi oldu - qızım.
Onun ölümünü heç vaxt qəbul edə bilməyəcəm, buna gücüm çatmayacaq. Tanrıya suallarım da öz cavabını tapmayacaq. Ramazan ayı gələndə oruc tutacam, amma Tanrıya küskünlüyüm keçməyəcək.
Avtomobillərinizi ehtiyatla sürün. Cinayət məsuliyyəti səbəbilə deyil, onu məlum yollarla həll etmək də olur. Maşın ona görə ehtiyatla sürülməlidir ki, başqaları bir ömür bədbəxt olmasın, sürücü də gecə rahat yata bilsin, vicdanı varsa.
Zəhraya bir mahnı hazırlamışam. Üçüncüdür. Ona qarşı olan hisslərim zatən ya bir nəğmədir, ya da bir şeir. Bu da bizi insan edir”.kult.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar