Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə Şəhər Gününə hazırlıq gedir

Tarix: 19-09-2026 11:42     Baxış: 329 A- / A+
Xankəndidə Şəhər Gününə hazırlıq gedir

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə sentyabrın 20-də Xankəndidə keçiriləcək tədbirə hazırlıq işləri davam etdirilir.
Bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, sentyabrın 20-də Xankəndi şəhərində Şəhər Günü münasibətilə geniş konsert proqramının keçirilməsi nəzərdə tutulur. Hazırda tədbirin yüksək səviyyədə təşkili məqsədilə şəhərdə müvafiq hazırlıq, abadlıq və təşkilati işlər həyata keçirilir. Konsertin keçiriləcəyi ərazidə texniki hazırlıq işləri görülür, ictimai asayişin və nizam-intizamın təmin edilməsi istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də imzaladığı Sərəncamla hər il sentyabrın 20-nin Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunmasını müəyyən edib. 20 sentyabr, həmçinin, Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Müvafiq Sərəncam Prezident İlham Əliyev tərəfindən 2024-cü il sentyabrın 19-da imzalanıb.
Xatırladaq ki, Vətən müharibəsində əldə edilmiş Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi tam bərpa edilib. Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin tam bərpasından sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb. Bölgədə yeni yaşayış məntəqələri salınır, müasir sosial və nəqliyyat infrastrukturu yaradılır, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.

Manevr.az
Medial
Medial
Medial



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar