Xəbər lenti
Bakı və Sumqayıtda ağacları qanunsuz kəsdilər - 39 480 manat ziyan
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları son bir həftə ərzində Bakı və Sumqayıt şəhərlərində yaşıllıqların qanunsuz kəsilməsi ilə bağlı faktlar aşkarlayıblar.Manevr.az xəbər verir ki, keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nizami rayonunda Kamil Balakişiyev, Mehdi Abbasov və Nəsimi küçələrinin kəsişməsində, həmçinin Sumqayıt şəhərinin 4-cü məhəllə ərazisində ağacların qanunsuz kəsildiyi müəyyən olunub.
Araşdırmalar nəticəsində yaşıllıqlara ümumilikdə 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.
Hər bir fakt üzrə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























