Xəbər lenti
Bakıda düz xətti qırıq xəttə çevirən CƏRİMƏLƏNDİ
Bakıda yolda düz xətti özbaşına qırıq-qırıq xəttə çevirən cəzalandırılıb.Manevr.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib.
51 yaşlı Rüstəm Həsənov (şərti adla) oğlu və 2 dostu ilə Maştağa qəsəbəsi R. Muradova küçəsinə gələrək, yolda dövlət qurumunun çəkdiyi əsas düz xətti özbaşına pozaraq, qırıq-qırıq xəttə çevirib. Ərazidə xidmətdə olan polis əməkdaşları onlara irad bildirib, etdikləri əməlin qanunsuz olduğunu desələr də, Həsənov qanuni tələbə tabe olmayıb.
Daha sonra o, polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (xırda xuliqanlıq) və 535.1-ci (polis yaxud hərbçinin qanuni tələbinə tabe olmamaq) maddələri ilə protokollar tərtib olunub.
R. Həsənov ifadəsində ikinci qrup əlil olduğunu və əməlindən peşman olmasını bildirib. O, bird aha belə hallara yol verməyəcəyini deyərək, barəsində ədalətli qərar qəbul edilməsini istəyib.
Məhkəmə onun əməlindən peşman olmasını və əlilliyini nəzərə alaraq, barəsində 150 manat məbləğində inzibati cərimə cəzası təyin edib.lent.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























