Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Sadıqova 21 min manatlıq stəkan alan sabiq rəisin məhkəməsi başladı

Tarix: 18-09-2026 15:01     Baxış: 433 A- / A+


Müdafiə Nazirliyinin xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilən İşlər İdarəsinin sabiq rəisi polkovnik Elnur Süleymanov, Emin Əliyev, Məsud İbrahimov, Pərviz Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Manevr.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxışa verilməsi barədə qərar qəbul edilib.
Məhkəmənin baxış iclası oktyabrın 2-nə təyin edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, hazırda ittiham olunan keçmiş idarə rəisi Elnur Süleymanov Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. O, hesabatında yazmışdı ki, N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat pul xərclənib.
Bundan əlavə, ona hər birinin qiyməti 100 manat olmaqla 80 çaxır alınıb ki, bu da ümumilikdə 8 min manat təşkil edib.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar