Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Polşada Azərbaycana qarşı təxribat - Video

Tarix: 18-09-2026 12:58     Baxış: 330 A- / A+
Polşada Azərbaycana qarşı təxribat - VideoPolşada Azərbaycana qarşı daha bir təxribat törədilib. Bəzi marketlərdə üzərində separatçı rejimin bayrağı olan məhsullar satışa çıxarılıb.
Manevr.az Xəzər TV-yə istinadla xəbər verir ki, bir müddət əvvəl Varşavada mağazaya daxil olan həmyerlimiz Elnur İbişov satışda olan məhsullardan birinin üzərində keçmiş separatçı rejimin bayrağının təsvir edildiyinin şahidi olub.
Elnur İbişov məhsulu Polşanın “Henry Studio” şirkətinin istehsal etdiyini öyrənib. Həmyerlimiz şirkətə faktlara əsaslanan şəkildə etiraz məktubu göndərib. Məktubda şirkətdən bu yanlışlığın düzəldilməsini, həmin təsvirin məhsuldan çıxarılmasını və gələcək nəşrlərdə Azərbaycanın ərazi bütövlüyünün düzgün əks etdirilməsini tələb edib.
Soydaşımız məhsulun satışa çıxarılmasına da etiraz edib və aidiyyəti qurumlara müraciət ünvanlayıb. Bildirilib ki, Polşada müvafiq tədbirlər görülüb, həmin məhsulun satışı dayandırılıb və dövriyyədən çıxarılacaq. İstehsalçı belə halın bir daha təkrarlanmayacağına təminat verib. Bu hadisə isə bir daha göstərir ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ həqiqətləri hər bir azərbaycanlı üçün həssas məsələdir. Belə hallara qarşı prinsipial mövqe nümayiş etdirmək tarixi ədalətin qorunmasına xidmət edir.

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar