Xəbər lenti
Prezidentin təltif etdiyi alim kimdir? - DOSYE
Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu yüksək dövlət təltifinə layiq görülüb.
Bəs Ali Attestasiya Komissiyasının 2019-cu ildən rəhbəri olan Famil Mustafayev kimdir?
Manevr.az onun dosyesini təqdim edir:
Famil Front oğlu Mustafayev 18 sentyabr 1966-cı ildə Salyan rayonunda anadan olub. O, ali təhsilini əvvəlcə iqtisadiyyat, daha sonra isə hüquq sahəsində alıb.
1984-1989-cu illərdə Rostov Dövlət Universitetinin İqtisadiyyat fakültəsində siyasi iqtisad ixtisası üzrə təhsil alan Mustafayev universiteti fərqlənmə diplomu ilə bitirib.
Bundan bir neçə il sonra təhsilini hüquq sahəsində davam etdirib. 1998-2002-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində hüquqşünaslıq ixtisası üzrə oxuyub və bu universiteti də fərqlənmə diplomu ilə başa vurub.
Famil Mustafayev əmək fəaliyyətinə 1989-cu ildə Azərbaycan Texniki Universitetində başlayıb. 1992-ci ilədək universitetin “Siyasi iqtisad” kafedrasında müəllim işləyib.
1992-2000-ci illərdə iqtisadiyyat sahəsində müxtəlif nazirlik və dövlət komitələrində məsul vəzifələrdə çalışıb.
2001-ci ildə yenidən ali məktəbə qayıdan F.Mustafayev Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadi nəzəriyyə-2” kafedrasında baş müəllim vəzifəsində fəaliyyət göstərib. O, 2004-cü ildən 2015-ci ilədək “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin direktor müavini olub.
2015-2016-cı illərdə Azərbaycanın təhsil nazirinin müşaviri vəzifəsində çalışan Famil Mustafayev daha sonra Peşə Təhsili üzrə Dövlət Agentliyinə rəhbərlik edib. O, 2016-2018-ci illərdə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru olub.
2018-ci ildə onun fəaliyyətində daha bir mərhələ başlayıb. Həmin ildən 2019-cu ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası sədrinin vəzifələrini icra edən sədr müavini kimi çalışıb.
21 iyun 2019-cu ildən isə Famil Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.
Famil Mustafayev iqtisad elmləri doktoru, professordur. Ailəlidir, iki övladı var.modern.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Yazarlar
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar





























