Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda seçki komissiyaları yenidən formalaşdırılır

Tarix: 17-09-2026 16:34     Baxış: 360 A- / A+
Azərbaycanda seçki komissiyaları yenidən formalaşdırılırAzərbaycanda dairə seçki komissiyalarının (DSK) yenidən formalaşdırılması prosesinə başlanır.
Manevr.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün iclası keçiriləcək.
Seçki Məcəlləsinə əsasən, iclasda Milli Məclisdə çoxluğu, azlığı və heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən üzvlər dairə seçki komissiyalarına üzvlük üçün namizədlər təqdim edəcəklər.
Qeyd edək ki, hər dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Onlardan 3-nün namizədliyi Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı – hazırda Yeni Azərbaycan Partiyasını MSK-da təmsil edən üzvlər tərəfindən irəli sürülür.
Daha 3 üzvün namizədliyi parlamentdə azlıq təşkil edən siyasi partiyaları MSK-da təmsil edən üzvlər, qalan 3 üzvün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan deputatları MSK-da təmsil edən komissiya üzvləri tərəfindən təqdim olunur.
DSK-ların yeni tərkibinin formalaşdırılması ilə bağlı qərar və üzvlərin siyahısı rəsmi mətbuatda dərc ediləcək.
Yeni tərkiblə bağlı məlumatlar MSK-nın rəsmi internet səhifəsində də ictimaiyyətə açıqlanacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar