Sizin Reklam Burada
Xəbər lenti
17-09-2026
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda anasına sərt davranan oğul mirasdan məhrum edildi

Tarix: 17-09-2026 13:02     Baxış: 333 A- / A+
Azərbaycanda anasına sərt davranan  oğul mirasdan  məhrum edildi Biləsuvar Rayon Məhkəməsində ananın oğluna qarşı gələcəkdə mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbinə dair mülki işə baxılıb.
Manevr.az xəbər verir ki, işin hallarına görə, iddiaçı oğlunun uzun müddət ərzində ona qarşı kobud və hörmətsiz davrandığını, ailə münasibətlərinin ciddi şəkildə pozulduğunu bildirərək, gələcəkdə ona məxsus əmlakdan məcburi pay almaq hüququndan məhrum edilməsini tələb edib. Cavabdeh isə iddiaları qəbul etməyərək ailə üzvləri ilə mübahisənin əmlakın satılması məsələsindən qaynaqlandığını bildirib.
Biləsuvar Rayon Məhkəməsi iş üzrə tərəflərin izahatlarını, şahid ifadələrini, polis orqanlarına edilmiş müraciətlərlə bağlı sənədləri, səs yazılarını və digər sübutları araşdırıb.
Məhkəmə qeyd edib ki, qanunvericilik uşaqların, valideynlərin və ər-arvadın mirasda məcburi pay hüququnu tanısa da, müəyyən əsaslar olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə şəxsin bu hüquqdan məhrum edilməsini tələb edə bilər.
İş üzrə sübutları məcmu şəkildə qiymətləndirən məhkəmə tərəflər arasında uzun müddət davam edən münaqişələrin olduğunu müəyyən edib və cavabdehin anasına münasibətdə davranışını miras qoyana qarşı qəsdən sərt rəftar kimi qiymətləndirib. Məhkəmə həmçinin ailə münasibətlərinin qarşılıqlı qayğı, hörmət və ehtiram kimi dəyərlərə əsaslandığını, araşdırılan halda tərəflər arasındakı mənəvi və əxlaqi münasibətlərin ciddi şəkildə pozulduğunu qeyd edib.
Qətnamədə həmçinin vurğulanıb ki, mirasda məcburi pay institutu yaxın ailə üzvlərinin mənafelərinin qorunmasına xidmət etsə də, bu hüquq mütləq xarakter daşımır. Qanunda nəzərdə tutulan əsaslar mövcud olduqda miras qoyan hələ sağlığında məhkəməyə müraciət etməklə məcburi pay hüququ olan şəxsin həmin hüquqdan məhrum edilməsini tələb edə bilər.
Məhkəmə ailə münasibətlərinin yalnız hüquqi qohumluq əlaqəsi ilə məhdudlaşmadığını, qarşılıqlı qayğı, hörmət və ehtiram kimi mənəvi-əxlaqi dəyərləri də ehtiva etdiyini qeyd edib. Araşdırılmış sübutların məcmusu əsasında konkret işdə bu münasibətlərin ciddi şəkildə pozulduğu qənaətinə gəlinib.
Biləsuvar Rayon Məhkəməsinin qətnaməsi ilə iddia təmin olunub və cavabdeh anasına məxsus əmlakdan gələcəkdə məcburi pay almaq hüququndan məhrum edilib. Qətnaməyə əsasən, məcburi pay almaq hüququndan məhrumetmə mirasın açıldığı andan qüvvədə olacaq.lent.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar