Sizin Reklam Burada
Xəbər lenti
16-09-2026
BÜTÜN XƏBƏRLƏR

Bu şəxslər universitet bitirsə də, 18 ay xidmət edəcək

Tarix: 17-09-2026 12:42     Baxış: 432 A- / A+


Xaricdə ali təhsil alıb məzun olan Azərbaycan respublikası vətəndaşlarının hərbi xidmət müddəti və qaydaları cəmiyyətdə tez-tez müzakirə olunan vacib mövzulardandır. 
Ölkə qanunvericiliyinə əsasən, çağırışçıların hərbi xidmət müddəti birbaşa onların rəsmi şəkildə tanınan təhsil səviyyəsindən asılıdır. Mövcud hüquqi normativlərə görə, ali təhsilli şəxslər üçün xidmət müddəti bir il, ali təhsili olmayanlar üçün isə bir il altı ay təyin edilib. Lakin xaricdə təhsil alan məzunlar üçün bu müddətin müəyyənləşdirilməsində əsas həlledici məqam diplomun ölkə ərazisində rəsmi şəkildə tanınması, yəni nostrifikasiya olunmasıdır.
Manevr.az "Yeni Sabah"a istinadla xəbər verir ki, xaricdə alınan ali təhsil sənədinin Azərbaycan Respublikasında hüquqi qüvvəyə minməsi üçün Elm və Təhsil Nazirliyinin tabeçiliyində olan Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən müvafiq prosedur həyata keçirilməlidir.
Əgər vətəndaş xarici universiteti bitirdikdən sonra müraciət etməzsə, yaxud müraciəti zamanı təhsil forması, tədris dili, ölkədə qalma müddəti və ya universitetin akkreditasiyası kimi meyarlar standartlara cavab vermədiyinə görə mənfi cavab alarsa, həmin diplom ölkə ərazisində etibarsız sayılır. Bu halda dövlət qurumları həmin şəxsin ali təhsilini rəsmi olaraq tanımır.
Diplomun tanınmaması birbaşa hərbi mükəlləfiyyət məsələlərinə təsir edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışçının statusunu təsdiqlənmiş sənədlər əsasında müəyyənləşdirir. Rəsmi olaraq tanınmış ali təhsil diplomu təqdim edilmədikdə, həmin şəxs hüquqi baxımdan ali təhsilsiz çağırışçı statusunda qeydə alınır. Nəticədə xaricdə universitet bitirməsinə baxmayaraq, diplomu təsdiqlənməyən vətəndaşlar həqiqi hərbi xidmətə ümumi əsaslarla, yəni bir il altı ay müddətinə çağırılırlar.
Xaricdə əyani formada bakalavr və ya magistr təhsili alan gənclərə təhsil müddəti ərzində çağırışdan müvəqqəti möhlət hüququ verilir. Lakin təhsil başa çatdıqdan sonra möhlət hüququ avtomatik olaraq ləğv edilir və hərbi xidmətə çağırış prosesi başlayır. Müddətin bir il kimi hesablanması üçün çağırışçı hərbi komissarlığa qədər diplomun tanınması haqqında şəhadətnaməni təqdim etməlidir. Arayışın vaxtında təqdim olunmaması və ya nostrifikasiya prosesinin rədd edilməsi hərbi xidmət müddətinin avtomatik olaraq bir il altı aya qədər uzanması ilə nəticələnir.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar