Sizin Reklam Burada
Xəbər lenti
14-09-2026
BÜTÜN XƏBƏRLƏR

"Azərişıq" mobil tətbiqi fəaliyyətini dayandırır - Detallar

Tarix: 14-09-2026 22:14     Baxış: 340 A- / A+
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində rəqəmsal xidmətlərin vahid platformada təqdim edilməsi üzrə işlər davam etdirilir.

Bu çərçivədə “Azərişıq” ASC-nin mobil tətbiqində təqdim olunan rəqəmsal xidmətlər, məlumat və funksionallıqlar “mygov” platformasına tam inteqrasiya olunub. Eyni zamanda xidmətlərin vahid platformada təqdim olunması və rəqəmsal xidmətlərin təkrarlanmasının qarşısının alınması məqsədilə “Azərişıq” mobil tətbiqinin fəaliyyəti dayandırılıb.

Artıq vətəndaşlar “Azərişıq” ASC-nin rəqəmsal xidmətlərindən həm my.gov.az portalı, həm də “mygov” mobil tətbiqi vasitəsilə istifadə edə bilərlər.

my.gov.az üzərindən xidmətlərdən yararlanmaq üçün “Xidmətlər” bölməsində “Qurumlar” kateqoriyasından “Azərişıq ASC” seçilməlidir. “mygov” mobil tətbiqində isə “Xidmətlər” bölməsinin “Kommunal” kateqoriyasından “Azərişıq” seçilərək müvafiq xidmətlərdən istifadə etmək mümkündür.

Əvvəl “Azərişıq” tərəfindən təqdim olunan aşağıdakı xidmətlər yenidən dizayn edilərək “mygov”a inteqrasiya edilib.

Əhali istehlakçısının adının dəyişdirilməsi;
Sayğacın zədələnməsinin araşdırılması üçün müraciət;

Abonentin geniş tarixçəsinin təqdim edilməsi;
Smart kartın bərpası və yeni smart kartın verilməsinə müraciət;

Borcun araşdırılması və borcun olub-olmaması barədə sənədin verilməsi.

Bununla yanaşı, abonent kodu əsasında abonentin oxuma, ödəniş və akt məlumatlarının “mygov” platformasında təqdim olunması təmin edilib.

Xidmət və məlumatlarla yanaşı, “Azərişıq” mobil tətbiqində mövcud olan digər funksionallıqların da “mygov”a inteqrasiyası tamamlanıb.

Qeyd edək ki, “Azərişıq” ASC dövlət xidmətlərinin rəqəmsallaşdırılması istiqamətində fəal fəaliyyət göstərən qurumlardan biridir. Son illər ərzində qurum tərəfindən göstərilən xidmətlərin 90 faizdən çoxu rəqəmsallaşdırılıb.

Həyata keçirilən tədbirlər nəticəsində artıq 4 milyon istifadəçi "mygov"un xidmətlərindən yararlanır.

Abonentlər “mygov” mobil tətbiqini aşağıdakı keçid vasitəsilə yükləyə bilər:

https://onelink.to/rryy4q

Tətbiqin son yeniliklərini və xəbərlərini sosial şəbəkələrdə izləyə bilərsiniz. publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar