Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Dələduzluğa görə həbs olunan şirkət rəhbəri şəhid anasına pul “atıb”? – “Arvadı mənə dilənçi deyir” – Ülviyyə Abbasova KÖMƏK İSTƏYİR

Tarix: 11-09-2026 22:14     Baxış: 422 A- / A+


44 günlük Vətən müharibəsinin şəhidi Mürşüd Məmmədzadənin anası Ülviyyə Abbasova "Unikal Baku" şirkətinin rəhbəri Nəsimi Qədirov və onun həyat yoldaşı Elnarə Qədirovadan şikayətçidir.
Manevr.az bildireir ki, Sitat.info-ya danışan Şəhid anası qeyd edib ki, Nəsimi Qədirovun ona 5 min manat borcu var. Borcunu tələb etdiyi üçün N. Qədirov və həyat yoldaşı E. Qədirova tərəfindən təhqir edildiyini deyən Ülviyyə Abbasova bildirib ki, Elnarə Qədirova onu pulunu istədiyinə görə dilənçi adlandırıb: "Get, şəhidinə hörmət elə, dilənçi".
Şəhid anasının sözlərinə görə, şirkət rəhbəri onunla yanaşı, bir neçə nəfərin, o cümlədən bəzi məşhur simaların da pulunu "atıb".

Ülviyyə Abbasova aidiyyəti qurumların rəhbər şəxslərinə müraciət edərək kömək istəyib: "Bu adamın arxasında kim dayanır, bilmirəm. Bu gün tutulur, sabah yenə azadlığa çıxır. Heç kim bu adamla bacarmır. Xahiş edirəm, mənə kömək edin, Nəsimidən pulumu alım".
Bu arada diqqətinizə çatdıraq ki, Nəsimi Qədirov bir neçə dəfə həbsdə olub. Sonuncu dəfə 2026-cı ilin may ayında məhz Ülviyyə Abbasovanı təhqir etdiyi üçün 5 sutka inzibati həbs cəzası alıb.
2011-ci ildə Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 178.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən dələduzluq) maddəsi ilə axtarışda olan Nəsimi Qədirov iyunun 22-də yaxalanıb.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar