Sizin Reklam Burada
Xəbər lenti
13-10-2026
12-10-2026
BÜTÜN XƏBƏRLƏR

“Avtovağzal”dan bütün stansiyalara getmək mümkün olacaq – Metroda yenilik

Tarix: 11-09-2026 21:23     Baxış: 381 A- / A+
Bakı metropolitenində dörd keçid stansiyası olacaq.

Bunu “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Məmmədov bildirib ki, bu proses 2030-cu ildən etibarən mümkün olacaq:

“Bakı metropoliteninin “bənövşəyi”, “yaşıl” və “qırmızı” xətləri bir-biri ilə kəsişəcək və bu da sərnişinlərə bir xətdən digərinə keçid imkanı verəcək. Yəni “Avtovağzal” stansiyasından metroya daxil olan sərnişin “Nizami” stansiyasından keçməklə “Sahil” stansiyasına gedə biləcək.

Bu vaxta qədər “yaşıl” və “qırmızı” xətlər arasında yalnız bir keçid stansiyası var idi – “28 May” stansiyasında. “Yaşıl” xətdən gələn sərnişinlər bu stansiyadan “qırmızı” xəttə keçid edə bilirdilər. Amma indi təkcə “bənövşəyi” xəttin altı stansiyasının üçü həm də keçid funksiyası daşıyacaq. Sərnişin “Avtovağzal” stansiyasından metroya daxil olub, istəsə, “Memar Əcəmi” stansiyasından keçid edib “Elmlər Akademiyası” stansiyasına gələcək, istəsə, “Nizami” stansiyasından.

Digər keçid stansiyamız “Sahil” stansiyasının yanında inşa olunacaq. Bu keçid stansiyası vasitəsilə sərnişinlər “bənövşəyi” xəttin “Avtovağzal” stansiyasından metroya daxil olmaqla “Sahil” stansiyasına, oradan isə “qırmızı” xətt üzrə “Əhmədli”, “Həzi Aslanov” stansiyasına gedə biləcəklər.

Daha bir keçid stansiyamız isə “Xətai” stansiyasının yanında inşa ediləcək ki, sərnişinlər bu stansiya vasitəsilə də digər xətlərə keçid edə biləcəklər. Bununla da metro stansiyaları yerüstü nəqliyyatın yükünü azaldacaq”.

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar