Sizin Reklam Burada
Xəbər lenti
11-09-2026
10-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə növbəti əmək yarmarkası keçirildi - Fotolar

Tarix: 11-09-2026 18:17     Baxış: 323 A- / A+


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən Xankəndi şəhərində növbəti əmək yarmarkası keçirilib.
Manevr.az-ın xəbərinə görə, yarmarkanın açılışında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, digər qurumlardan nümayəndələr, işəgötürənlər, işaxtaran şəxslər iştirak ediblər.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun işğaldan azad etdiyi ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, məşğulluğun təminatı sahəsində tədbirlərin də uğurla davam etdirildiyini vurğulayıb. Aktiv məşğulluq tədbirlərindən biri olan əmək yarmarkalarının təşkilinin davamlı xarakter aldığı, bu yarmarkaların məşğulluğun təminatında önəmi diqqətə çatdırılıb.
Tədbir çərçivəsində məşğulluğun təmin olunmasına aktiv şəkildə dəstək göstərən işəgötürənlər 4 nominasiya üzrə mükafatlandırılıblar.
“Azerbaijan International Mining” şirkəti “Göndəriş əsasında ən çox işə qəbul həyata keçirən ən aktiv özəl sosial tərəfdaş”, “AzCotton” MMC “Qadınların məşğulluğunun təmin olunmasına dəstək verən ən aktiv özəl sosial tərəfdaş”, “Zəfər Bağları” MMC “Əmək və Məşğulluq” altsisteminə ən çox vakansiya daxil edən özəl sosial tərəfdaş”, “Qarabağ Tekstil Evi” MMC isə “Peşə hazırlığının təşkilinə ən fəal dəstək verən işəgötürən” nominasiyaları üzrə təltif ediliblər.
Əmək yarmarkasında dövlət və özəl sektora aid 26 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə 222 vakansiya təqdim olunub. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb, habelə tədbir iştirakçılarına Agentliyin aktiv məşğulluq proqramları barədə məlumatlar verilib.
Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmək yarmarkası çərçivəsində səyyar qəbul keçirib, tədbirə gələn vətəndaşların müraciətlərini dinləyib. Onların məşğulluq məsələlərinin həlli üçün müvafiq tədbirlər görülüb.
Daha sonra “Regional məşğulluq ekosisteminin qurulması: işəgötürənlərlə birgə fəaliyyət mexanizmləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri tərəfindənQarabağ və Şərqi Zəngəzurda sakinlərin layiqli yaşayışının təminatı istiqamətində görülən işlərə dair təqdimatlar edilib. Bu istiqamətdə, həmçinin işğaldan azad edilmiş ərazilərimizə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib. İşəgötürənləri maraqlandıran suallar cavablandırılıb, onların təklifləri dinlənilib.

Manevr.az
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial
Medial

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar