Sizin Reklam Burada
Xəbər lenti
10-09-2026
09-09-2026
BÜTÜN XƏBƏRLƏR

Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı

Tarix: 10-09-2026 15:26     Baxış: 323 A- / A+
Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
Sentyabrın 8-də Şəkidə iki gəncin ölümü ilə nəticələnən faciə ilə bağlı yayılan bəzi məlumatlar mərhum Ucal Bayramovun ailəsinin narazılığına səbəb olub.
Manevr.az bakupost.az-a istinadla xəbər verir ki, Ucal Bayramovun bacısı Xəyalə Bayramova AzTV-nin hadisə ilə bağlı hazırladığı süjetə sərt reaksiya verib.
X.Bayramova hadisənin təqdimatından narazı olduğunu bildirib və məsələnin hüquqi müstəvidə araşdırılacağını vurğulayıb.
O bildirib ki, zərurət yaranacağı təqdirdə məsələ Azərbaycan hüdudlarından kənara da çıxarıla bilər:
“Yasımız var, yazılanlara, deyilənlərə müdaxilə edə bilmirik. O halda, vəziyyətdə deyilik. Amma bunu deyim ki, lazım olsa, bu məsələ hüquqi müstəvidə Azərbaycan hüdudlarını da aşacaq. Qardaşımın qanı yerdə qalmayacaq. O yalan xəbəri sifariş edənlər də bizim kimi yansınlar...”
Qeyd edək ki, sözügedən süjetdə gənclərin tros qırılması səbəbilə deyil, güclü külək və bir növ təlaş vəziyyətində olaraq, Ziplaynın roliklərinin trosdan çıxması nəticəsində həlak olduqları qeyd olunub.
Süjetdə həmçinin gənclərin kanatdan istifadə etməzdən əvvəl sığorta sənədinə imza atdıqları bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar