Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Bu kənddə zəhərli ilanlar evlərə doluşdu

Tarix: 10-09-2026 08:36     Baxış: 3115 A- / A+
Gürzələr evlərə doluşub, sakinlər evlərində qala bilmədiklərini iddia edirlər.

Abşeronun Pirəkəşkül kəndində yaşayan 51 yaşlı sakin Nailə Alıyeva bildirir ki, indiyədək 4 gürzə ilanını öldürmək məcburiyyətində qalıb.

Onun sözlərinə görə, xüsusilə gecə saatlarında evə daxil olan zəhərli ilanlar ailə üzvlərinin rahatlığını əlindən alıb.

Nailə Alıyeva deyir ki, vəziyyətin təhlükəli olması səbəbindən bir müddət kənddən uzaqlaşaraq Sumqayıtda kirayə evdə yaşamaq məcburiyyətində qalıblar. Lakin maddi imkanları kirayədə uzun müddət qalmağa imkan vermədiyindən yenidən kənddəki evlərinə qayıdıblar. Onun sözlərinə görə, gürzələrin sayı artdıqca kənddə yaşayan insanlar daha da təşvişə düşürlər. Hətta, iddia olunur ki, zəhərli ilanlar heyvanlara da hücum edirək bəzi hallarda onları tələf edir.

Sakinlər bildirirlər ki, xüsusilə uşaqlar və yaşlılar üçün ciddi təhlükə yaranıb. Onlar aidiyyəti qurumlardan əraziyə baxış keçirilməsini, ilanların məskunlaşdığı yerlərin müəyyən edilərək zəruri tədbirlərin görülməsini istəyirlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar