Xəbər lenti
Pivə zavodundan dənizə çirkab suları axıdılır? – Rəsmi

Manevr.az xəbər verir ki, mövzu ilə bağlı bizim.media ADSEA-nın nəzdində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinə sorğu ünvanlayıb.
Qurumdan cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə “Pivə zavodundan Xəzər dənizinə çirkab suların axıdılması” ilə bağlı yayılmış məlumat Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti tərəfindən 9 sentyabr 2026-cı il tarixində araşdırmaya başlanılıb:
"Araşdırma zamanı tullantı suyunun tərkibini müəyyənləşdirmək məqsədilə ərazidən su nümunələri götürülüb və analizlərin aparılması üçün Xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təhvil verilib. Analiz nəticələri məlum olduqdan və araşdırma yekunlaşdıqdan sonra hüquqi qiymət verilməsi üçün iş üzrə toplanmış materialların Hüquq Mühafizə Orqanlarına göndərilməsi təmin ediləcək".
Mövzu diqqətdə saxlanılacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar






























