Sizin Reklam Burada
Xəbər lenti
09-09-2026
08-09-2026
BÜTÜN XƏBƏRLƏR

Xankəndidə növbəti əmək yarmarkası olacaq

Tarix: 09-09-2026 18:16     Baxış: 324 A- / A+


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xankəndidə növbəti əmək yarmarkası təşkil edəcək.
Manevr.az xəbər verir ki, yarmarka sentyabrın 11-də saat 10:00-da Xankəndi Ticarət Mərkəzində (Xankəndi şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 7) keçiriləcək.
Tədbirdə dövlət və özəl sektoru təmsil edən 25 müəssisə tərəfindən mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə 200-ə yaxın vakansiya təqdim olunacaq.
Vakansiyalar Xankəndi şəhəri, Şuşa, Ağdam, Ağdərə və Xocalı rayonlarını əhatə edir.
Yarmarkada vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Tədbirdə Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək.
Əmək yarmarkasına gələn işaxtaranların şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar