Sizin Reklam Burada
Xəbər lenti
08-09-2026
07-09-2026
BÜTÜN XƏBƏRLƏR

Özəl klinika rəhbəri və sahə həkimi saxta sənədlərlə müavinətlərin ödənilməsini təşkil etməkdə ittiham olunur

Tarix: 09-09-2026 10:30     Baxış: 422 A- / A+


Baş Prokurorluq bu məlumatı TƏKZİB ETDİ
Saxta tibbi sənədlər əsasında müavinətlərin ödənilməsini təşkil etməkdə təqsirləndirilən şəxslər barəsində istintaq yekunlaşıb.
Manevr.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında bildirlib.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Seymur-M” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru, eyni zamanda həmin MMC-yə məxsus “General Hospital” klinikasının baş həkimi Mikayılov Rüstəm İsmayıl oğlu və Bakı şəhəri 42 nömrəli (keçmiş 13 nömrəli) şəhər poliklinikasında sahə həkimi işləmiş Əşrəfova Səmayə Asif qızının qanunsuz əməlləri ilə bağlı cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
İbtidai istintaqla Rüstəm Mikayılov və Səmayə Əşrəfovanın 2017-2024-cü illərdə qeyd edilən vəzifədə işlədikləri dövrdə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə onlara müraciət edən çoxsaylı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almaqla həmin şəxsləri müvafiq müayinələrdən keçirmədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi barədə tibbi sənədlər təqdim etmələrinə, qeyd edilən sənədlər əsasında müavinətlərin ödənilməsinə, habelə Rüstəm Mikayılov tərəfindən rüşvət qismində alınmış pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Rüstəm Mikayılova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1, 311.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı), Səmayə Əşrəfovaya isə həmin Məcəllənin 308.2, 311.3.1, 311.3.2 və 313-cü maddələri ilə ittiham elan edilib və barələrində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Bundan başqa, hüquqi şəxs “Seymur-M” MMC barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraatın başlanması haqqında qərar qəbul edilib və Rüstəm Mikayılova məxsus əmlak üzərinə həbs qoyulub.
Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Eyni zamanda cinayət işindən həmin əməllərin törədilməsində iştirak etmiş digər şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar