Sizin Reklam Burada
Xəbər lenti
04-11-2026
03-11-2026
BÜTÜN XƏBƏRLƏR

Tarixi sənəd “İran” adını alt-üst etdi - 310 il öncənin Avropa xəritəsində maraqlı detal -Şəkil

Tarix: 09-09-2026 08:55     Baxış: 391 A- / A+
  1716-cı ildə alman kartoqrafı İohann Baptist Homan tərəfindən hazırlanmış xəritədə Səfəvi dövlətinin ərazisinin “Qızılbaşlar” adı ilə göstərilib.

Bu barədə “Milli Kimlik” səhifəsində paylaşım edilib.

Bildirilib ki, sözügedən xəritə qızılbaş tayfalarının mühüm rol oynadığı Azərbaycan Səfəvilər sülaləsinin hakimiyyəti dövrünə aiddir.

Mənbənin məlumatına görə, sonralar “qızılbaşlar” anlayışı etnik mənsubiyyətindən asılı olmayaraq, Qızılbaşlar dövlətinin bütün təbəələrinə münasibətdə də işlədilib.

Homanın 1716-cı il xəritəsində bu imperiyanın ərazisinin “Qızılbaşlar” kimi qeyd olunması Qərbdə də dövlətin və onun sakinlərinin Qızılbaşlar dövləti və qızılbaşlar kimi tanındığını göstərən nümunə olaraq təqdim edilir.

Buna başqa bir nümunə kimi A.K. Tolstoyun “Knyaz Serebryanıy” əsərindən parça göstərilir. Əsərdə Çar İvan Qroznının (1530–1584) dilindən belə deyilir:

“...Bəs mənim xəzinəmi gəmilərdən oğurlayan, Moskvaya gedən qızılbaş elçilərimi yolda qarət edən kim idi?” musavat.com

Manevr.az 


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar