Sizin Reklam Burada
Xəbər lenti
07-09-2026
06-09-2026
BÜTÜN XƏBƏRLƏR

Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi yaradılır

Tarix: 07-09-2026 22:34     Baxış: 323 A- / A+
Kəlbəcər Dağ Kurort Turizm Mərkəzi yaradılır 
Kəlbəcərin turizm potensialının inkişafına mühüm töhfə verəcək Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması istiqamətində işlərə başlanılıb.

Dövlət Turizm Agentliyi tərəfindən Kəlbəcər Dağ Kurort Turizm Mərkəzinin yaradılması məqsədilə layihənin 1-ci mərhələsi üzrə layihə-smeta sənədlərinin hazırlanması üçün satınalma proseduru həyata keçirilib. Satınalma prosedurunun qalibi “Archico Project” MMC seçilib. Tərəflər arasında bağlanacaq müqavilənin ümumi məbləği 503 860 manat təşkil edir.

Layihənin konsultantı qismində Fransanın PGI şirkəti də prosesə cəlb olunub.

Bu gün ArchiCO ofisində layihə üzrə ilk işgüzar görüş keçirilib. Görüşdə “Archico Project” və PGI nümayəndələri iştirak edərək layihənin əsas istiqamətləri, qarşıda duran mərhələlər və iş prosesinin təşkili ilə bağlı ilkin müzakirələr aparıblar.

“Archico Project” MMC-nin layihə üzrə seçilməsi şirkətin mürəkkəb və genişmiqyaslı layihələrin hazırlanması, müxtəlif təyinatlı obyektlərin layihələndirilməsi və turizm infrastrukturu sahəsində formalaşdırdığı peşəkar təcrübənin göstəricisidir.

Layihənin Kəlbəcərin gələcək inkişafına töhfə verəcəyi gözlənilir. Layihənin reallaşdırılması regionun turizm potensialının yeni mərhələyə yüksəlməsinə və Kəlbəcərin turizm xəritəsində mövqeyinin daha da möhkəmlənməsinə töhfə verəcək. marja.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar